ABŞ-İran gərginliyi bitmir: Tramp nə istəyir?

ABŞ-İran gərginliyi bitmir: Tramp nə istəyir?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla müzakirə olunan razılaşmanın onun gözləntilərini tam şəkildə qarşılamadığını bildirib. Tramp razılaşma şərtlərinin nədən ibarət olduğunu isə açıqlamayıb.

ABŞ və İran arasında dəfələrlə müzakirələrin, danışıqların aparılmasına baxmayaraq hər hansı razılaşmanı əldə etmək mümkün olmayıb. İran prezidenti iddia edir ki, ABŞ-nin əslində bir məqsədi var. Onun sözlərinə görə, ABŞ-ni qane edəcək yeganə dəyişiklik İranda rejimin dəyişdirilməsi olacaq.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, siyasətdə tərəflər bəzən istəklərini məqsədli şəkildə ifadə etmirlər.

Onun sözlərinə görə, buna səbəb dövlətlərin manevr imkanlarını saxlamaq istəyidir.

Politoloq dedi ki, ABŞ-nin İrandan tələbləri yalnız nüvə məsələsi ile məhdudlaşmır:

“ABŞ İrandan çox şey istəyir. Əlbəttə, Vaşinqton istəyir ki, İran nüvə silahına sahib olmasın. Eyni zamanda, lazım gələrsə, İranda mövcud rejimin dəyişdirilməsini də istəyə bilər. Məncə, ABŞ Pezeşkian hakimiyyəti ilə müəyyən mənada yola gedir. Çünki hər iki tərəfdən konstruktiv yanaşma müşahidə olunur.

Hazırda əsas məsələ ABŞ və İranın hansısa ortaq nöqtədə razılaşmasıdır. Əgər tərəflər ortaq mövqeyə gələ bilsələr, ABŞ müəyyən mərhələdə dayanacaq. Əks halda isə Vaşinqton təzyiqi artırmağa davam edəcək. Bununla belə, İranı da kiçiltməmək lazımdır. Hər halda Tehran ABŞ-ni müəyyən hallarda fakt qarşısında qoymağı bacarır”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR