Rubiodan regional müharibə ilə bağlı XƏBƏRDARLIQ

Rubiodan regional müharibə ilə bağlı XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə Ukrayna arasında müharibənin dalana dirəndiyini və bunun tərəflərdən birini və ya hər ikisini gərginliyi artırmağa sövq edə biləcəyini bildirib.

Sfera.az xəbər verir ki, Rubio bu barədə Avropa turunun sonunda Portuqaliyada jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, hazırkı vəziyyət olduqca təhlükəlidir. Rubio bildirib ki, uzunmüddətli hərbi qarşıdurmanın dalana dirənməsi tərəflərdən birinin vəziyyəti güc yolu ilə dəyişməyə cəhd göstərməsinə səbəb ola bilər.

“Bu, çox təhlükəli müharibədir. Çünki hazırda, görünür, dalana dirənmiş vəziyyət yaranıb. Belə vəziyyətlər isə çox təhlükəlidir”, – deyə ABŞ dövlət katibi qeyd edib.

Rubio Moskva ilə Kiyev arasında istənilən eskalasiyanın qarşıdurmanın daha da genişlənməsinə səbəb ola biləcəyini vurğulayıb.

“Bu, iki ölkə arasındakı müharibəni sürətlə daha genişmiqyaslı və daha təhlükəli regional münaqişəyə çevirə bilər”, – deyə o xəbərdarlıq edib.

ABŞ dövlət katibi tərəflərin danışıqlar yolu ilə müharibəyə son qoymağa çalışdığını da bildirib. Onun sözlərinə görə, Vaşinqton bu istiqamətdə səylərini davam etdirəcək.

Rubionun açıqlaması Ukraynanın Rusiyanı mülki əhaliyə qəsdən zərbə endirməkdə ittiham etdiyi gün səslənib. Ukraynanın Kramatorsk şəhərində cəbhə xəttinə yaxın ərazidə iki avtobusun partlaması nəticəsində 30 nəfərin öldüyü bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski hadisənin “cavabsız qalmayacağını” açıqlayıb.

Rubio hadisəni mümkün eskalasiyanın konkret səbəbi kimi göstərməyib. O, daha çox uzunmüddətli hərbi qarşıdurmanın yaratdığı ümumi risklərə diqqət çəkib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR