Trampdan qəribə paylaşım: ""Süni intelekt" deyənlər düşməndir"
ABŞ Prezidenti Donald Tramp özünə məxsus "Truth Social" platformasında etdiyi paylaşımda "süni intellekt" (AI) ifadəsinin reallığı əks etdirmədiyini və qeyri-kafi olduğunu bildirərək, bu ifadədən istifadə etməyə davam edənləri Ağ Evin "Düşmən (THE ENEMY!)" kimi görəcəyini elan edib.
Sfera.az xatırladır ki, Tramp 29 sentyabr 2026-cı il tarixində "Inaugurating The Era of Super Intelligence" (Super İntellekt Erasının Açılışı) adlı fərman imzalayıb.
Bu fərmanla bütün federal qurumlara rəsmi yazışmalarda və ictimaiyyətə açıqlamalarda "Süni İntellekt (AI)" əvəzinə "Super İntellekt (SI)" terminindən istifadə etmək məcburiyyəti qoyulub.
Tramp bu qərardan əvvəl sosial media hesabında sorğular keçirərək müvafiq ad variantlarını səsverməyə çıxarıb və sonda "Super Intelligence" adını seçib.
Fərmanın imzalandığı gün Ağ Evdə "Meta"dan Mark Zakerberq, "Google"dan Sundar Piçay və "Nvidia"dan Censen Huanq kimi texnologiya liderlərinin iştirakı ilə sammit keçirilib. İlon Mask da bu addımı dəstəkləyərək süni intellekt şirkəti "SpaceXAI"ın adını "SpaceXSI" olaraq dəyişəcəyini bildirib, "Amazon"un qurucusu Ceff Bezos isə "süni" sözünün saxta bir təəssürat yaratdığını qeyd edərək bu dəyişikliyə müsbət yanaşdığını ifadə edib.
Qeyd edək ki, bu qərar rəsmi olaraq yalnız ABŞ federal dövlət qurumlarını və nazirliklərini əhatə edir, özəl şirkətlər və ya xalq üçün hüquqi bir məcburiyyət daşımır. Tramp administrasiyası bu ad dəyişikliyi ilə ABŞ-nin qlobal texnologiya yarışında (xüsusilə Çinə qarşı) üstünlüyünü vurğulamağı hədəfləyir.
Vasif






