Fransada məktəblərə 3 min əvəzedici müəllim göndəriləcək

Fransada məktəblərə 3 min əvəzedici müəllim göndəriləcək
Kateqoriya məlum deyil
T

Fransada kadr çatışmazlığı ilə üzləşən məktəblərə 3 min əvəzedici müəllim göndəriləcək. Bu barədə ölkənin təhsil naziri Eduar Jefre oktyabrın 8-də açıqlama verib.

Sfera.az xəbər verir ki, nazir TF1 telekanalının efirində hazırda dərs deməyən 3 min əvəzedici müəllimin olduğunu bildirib. Onun sözlərinə görə, bu müəllimlər indiyədək onların səmərəli şəkildə bölüşdürülməsi mümkün olmadığı üçün işə cəlb edilməyiblər.

Yeni qərara əsasən, yaxın saatlarda həmin müəllimlər kadr çatışmazlığı yaşayan təhsil müəssisələrində fəaliyyətə başlayacaqlar. Eduar Jefrenin sözlərinə görə, bir il əvvəl sifariş edilən xüsusi proqram təminatı ciddi problemlərlə üzləşən məktəbləri müəyyənləşdirməyə imkan verib. Nazir qeyd edib ki, hazırda 114 lisey “qırmızı”, daha 400-ü isə “narıncı” risk zonasında yer alır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR