Trampdan İranla bağlı VƏD

Trampdan İranla bağlı VƏD
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib. O, ABŞ-nin noyabrda keçiriləcək Konqresə aralıq seçkilərinə qədər İrana hücum etməyəcəyini bildirib.

Sfera.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ lideri qeyd edib ki, Vaşinqton və Tehran arasında “məhsuldar müzakirələr” aparılır. Trampın sözlərinə görə, ABŞ noyabrın 3-də keçiriləcək aralıq seçkilərədək İrana qarşı hərbi əməliyyat keçirməyəcək.

Tramp həmçinin İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini bildirib.

Qeyd edək ki, bu açıqlamadan əvvəl ABŞ administrasiyasının İrana qarşı mümkün yeni hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Buna baxmayaraq, hazırda Tramp seçkilərə qədər hücum olmayacağını açıq şəkildə bəyan edib.

Bundan əvvəl, oktyabrın 7-də İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Tərəflər Tehran və Moskva arasında ikitərəfli və strateji əməkdaşlığın davam etdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR