Logo

Liviyadan ABŞ-a xəbərdarlıq

Liviyadan ABŞ-a xəbərdarlıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Liviya Milli Birlik Hökumətinin rəhbəri Əbdülhəmid Dibeybə ABŞ Prezidenti Donald Trampın ölkəsi ilə bağlı açıqlamalarına etiraz edərək Liviyanın və xalqının ləyaqətinin seçki mübahisələrinin mövzusuna çevrilməsinə imkan verməyəcəyini bildirib.

Sfera.az xəbər verir ki, Dibeybə bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O, oktyabrın 24-də ABŞ-nin Corciya ştatında seçki mitinqində çıxış edən Trampın miqrasiya siyasətinə görə demokrat senator Con Ossoffu tənqid etməsinə münasibət bildirib. Tramp çıxışında Liviya, Yəmən, Haiti və Somalini “terrorçularla dolu” ölkələr adlandırıb.

Dibeybə qeyd edib ki, Liviya ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə önəm verir və ölkənin, eləcə də xalqının ləyaqətinin seçki debatlarında sövdələşmə predmetinə çevrilməsinə yol verməyəcək.

O, həmçinin Liviya xalqının terrorizmlə mübarizədə böyük qurbanlar verdiyini vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR