Tramp
Tramp: Kuba ilə bağlı vəziyyət prezidentlik müddətim başa çatana qədər dəyişəcək
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kubadakı vəziyyət onun prezidentlik müddəti başa çatana qədər dəyişəcək. Sfera.az xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. Amerika lideri bildirib ki, Vaşinqton Kubada baş verənləri yaxından izləyir və adadakı mövcud vəziyyətin uzun müddət davam etməyəcəyini düşünür. “Bu məsələ iki il yarım ərzində həll olunacaq”, – deyə Tramp bildirib. Xatırladaq ki, Tramp daha əvvəl İranda hərbi əməliyyat başa çatdıqdan sonra Kuba
Dünya31.10.2026 19:11
Tramp onları axmaq adlandırdı
ABŞ Prezidenti Donald Tramp Rusiyada həbsdə olan amerikalıların azadlığa buraxılması üçün Moskva ilə aparılan danışıqlar zamanı yeni sanksiyalar tətbiq edilməsini istəyənləri tənqid edib. Sfera.az xəbər verir ki, Tramp yeni sanksiyaların həbsdəki amerikalıların azad edilməsi prosesinə mənfi təsir göstərə biləcəyini bildirib. ABŞ Prezidenti Rusiyadan azad edilən ABŞ vətəndaşı Stiven Habberdi Ağ Evdə qəbul edib. Habberdin azadlığa buraxılmasına görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edən
Dünya31.10.2026 11:49
Tramp jurnalisti təhqir etdi: “Cəhənnəm kimi görünürsən”
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistini ona ünvanladığı suala görə təhqir edib. Sfera.az xəbər verir ki, jurnalist Trampdan aralıq seçkiləri öncəsi səfərlərdən yorulduğu üçün Kanzas ştatında keçirilməsi planlaşdırılan mitinqi ləğv edib-etmədiyini soruşub. ABŞ lideri bu iddianı rədd edərək özünü “mükəmməl” hiss etdiyini bildirib. O, 28 mitinq keçirdiyini xatırladıb və Kanzasdakı tərəfdarlarına məsafədən müraciət edəcəyini, ertəsi gün isə Floridaya yollanacağını deyib.
Media30.10.2026 14:55
ABŞ-də Demokratların mövqeyi güclənir: Sorğular onların xeyrinədir
Noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərə sayılı günlər qaldığı bir vaxtda Demokratlar Partiyasında Nümayəndələr Palatasında çoxluğu əldə diləcəyinə dair nikbinlik artıb. Sfera.az xəbər verir ki, son ictimai rəy sorğularına əsasən, Demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirmək ehtimalı yüksək qiymətləndirilir. Bu isə onlara Prezident Donald Tramp administrasiyasının fəaliyyətinə parlament nəzarətini gücləndirmək imkanı verə bilər. “RealClearPollingin” milli sorğular üzrə
Dünya30.10.2026 11:18
Tramp: “Tezliklə bu məsələləri də bağlayacağıq”
ABŞ Prezidenti Donald Tramp İrana yeni zərbələrin endirilə biləcəyi ilə bağlı xəbərlərin fonunda vəziyyətin tezliklə həll olunacağını bildirib. Sfera.az xəbər vrir ki, Tramp Ohayo ştatında tərəfdarları ilə görüşü zamanı İran ətrafında yaranmış vəziyyətə toxunaraq deyib: “Tezliklə bu məsələləri də bağlayacağıq”. Daha əvvəl ABŞ mediası Vaşinqton və İsrailin İrana qarşı yeni hərbi əməliyyat planı hazırladığını yazıb. Məlumata görə, diplomatik danışıqlar uğursuz olarsa, əməliyyat noyabrda, ABŞ-də
Siyasət29.10.2026 12:08
Tramp Braziliyadakı seçki haqqında: "Saxtalaşdırılıb, amma..."
ABŞ Prezidenti Donald Tramp Braziliyada keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını iddia etsə də, fikrini təsdiqləyən heç bir sübut təqdim etməyib. Sfera.az xəbər verir ki, Tramp bazar ertəsi jurnalistlərə açıqlamasında seçkilərin “saxtalaşdırılmış” olduğunu bildirib. Braziliyada solçu Prezident Luiz İnasio Lula da Silva sağçı namizəd Flavio Bolsonaronu məğlub edib. Məğlubiyyətdən sonra Bolsonaro əvvəlcə seçkinin nəticələrini tanımaqdan imtina edib və seçkilərin ləğvini tələb edib.
Dünya27.10.2026 12:53
Tramp: “Müharibəni onlar başladıb”
ABŞ Prezidenti Donald Tramp İranı iki ölkə arasında münaqişənin başlanmasına görə məsuliyyət daşımaqda ittiham edib. Sfera.az xəbər verir ki, o, bu barədə bazar ertəsi Missisipi ştatında keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb. “Biz İrana qarşı müharibəyə başlamamışıq. İran bizə qarşı müharibəyə başlayıb”, – deyə Tramp bildirib. ABŞ lideri çıxışı zamanı Tehranın nüvə silahı yaratmağa cəmi iki həftəsinin qaldığı barədə iddiasını da təkrarlayıb. O, İranı dünyada terrorizmin əsas
Siyasət27.10.2026 08:18
"Putin, Tramp və Zelenskinin görüşü ilə bağlı hazırlıq gedir"
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün üçtərəfli görüşü ilə bağlı hazırlıq prosesi davam edir. Sfera.az bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib. Diplomat qeyd edib ki, məsələ müzakirə olunur, lakin hələlik yekun razılaşma əldə edilməyib. Onun sözlərinə görə, mümkün görüşlə bağlı işlər davam etdirilir. Fatimə Sfera.az
Siyasət22.10.2026 13:51
Tramp: Paris müsəlman şəhərinə çevrilə bilər
ABŞ Prezidenti Donald Tramp bir neçə il əvvəl Fransa Prezidenti Emmanuel Makrona ölkəyə çoxsaylı miqrantların qəbul edilməsinin “böyük səhv” olduğunu dediyini bildirib. Sfera.az xəbər verir ki, Ağ Evdə çıxış edən Tramp Parisin yaxın gələcəkdə “müsəlman şəhərinə” çevrilə biləcəyini iddia edib. O, Fransanın da ABŞ kimi sərhədlərini bağlamalı olduğunu vurğulayıb. Tramp Fransanın sərhəd siyasətinin hələ də problem olaraq qaldığını bildirib, eyni zamanda ölkənin enerji vəziyyətini tənqid edib. Onun
Media20.10.2026 11:18
ABŞ-də Trampa qarşı “Krallar yoxdur” etirazları keçirildi
ABŞ-nin bir sıra şəhərlərində prezident Donald Trampa qarşı “Krallar yoxdur” (“No Kings”) şüarı altında kütləvi etiraz aksiyaları keçirilib. Sfera.az xəbər verir ki, Nümayişçilər bərabər hüquqların təmin olunmasını və aralıq seçkilərində erkən səsverməyə qatılmağı çağırıblar. Paytaxt Vaşinqtonda etirazçılar Linkoln Memorialının yaxınlığında Trampın kağız və digər yüngül materiallardan hazırlanmış fiqurunu daşıyıblar. Los-Ancelesdə isə nümayişçilər şəhər meriyasının qarşısına toplaşıblar.
Dünya19.10.2026 15:12
Tramp etiraf etdi: Makiyajdan istifadə edir
ABŞ Prezidenti Donald Tramp dekorativ kosmetikadan istifadə etdiyini etiraf edib. Sfera.az xəbər verir ki, dövlət başçısı bu barədə Corciya ştatında keçirilən mitinqdə danışıb. Bu barədə “New York Post” nəşri məlumat yayıb. Tramp bildirib ki, vizajistin köməyi olmadan özü az miqdarda kosmetika çəkir. Onun sözlərinə görə, bu, üzünün həddindən artıq solğun görünməməsi üçün lazımdır. Fatimə Sfera.az
Media17.10.2026 19:19
Tramp: Onların nüfuzunu məhv edə bilərdim
ABŞ Prezidenti Donald Tramp keçmiş prezidentlər Barak Obama və Bill Klinton, eləcə də sabiq dövlət katibi Hillari Klinton haqqında müəyyən məlumatlara malik olduğunu və istəsə, onların nüfuzuna ciddi zərbə vura biləcəyini iddia edib. Sfera.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb. ABŞ prezidenti Demokratlar Partiyasının tanınmış nümayəndələri ilə bağlı açıqlamalar verərək onların nüfuzuna xələl gətirə biləcək məlumatlara sahib olduğunu bildirib. “Hillari
Dünya17.10.2026 14:31
Tramp Rusiyaya qarşı sanksiyaları blokladı
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salan fərman imzalayıb. Sfera.az xəbər verir ki, Ağ Evin rəsmi saytında yayılan məlumata görə, qərarın səbəbi ABŞ-nin milli maraqları ilə əlaqələndirilib. Məlumata əsasən, İran və ABŞ arasında müharibənin qlobal iqtisadiyyata təsiri, xüsusilə yanacaq qiymətlərinin artması Vaşinqtonun enerji siyasətinə də təsir göstərib. Bunun fonunda ABŞ Konqresi Rusiya nefti və təbii qazının ən böyük idxalçılarına gömrük
Media17.10.2026 11:08
Tramp Netanyahu barədə: “Siyasətdə heç kimə etibar etmirəm”
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun seçki kampaniyasına qoşulmaq ehtimalı ilə bağlı açıqlama verib. O, İsrail rəsmilərinin belə bir addımı istədiklərini desə də, seçkilərdə Netanyahunu dəstəkləyəcəyinə dair söz verməyib. Sfera.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb. ABŞ liderindən oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkilərinə müdaxilə etməyi planlaşdırıb-planlaşdırmadığı soruşulub. Netanyahu həmin seçkilərdə
Siyasət16.10.2026 09:19
Müharibə bitsə, neft ucuzlaşacaq? - "Azərbaycana təsir edəcək"
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra yanacağın qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb. Tramp bu barədə Arizona ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb. “Benzinin bahalaşacağını bilirdim. Amma açığı, qiymətlərin daha çox artacağını düşünürdüm”, –ABŞ lideri bildirib. Trampın iddiasına görə, hazırda Hörmüz boğazından müharibədən əvvəlki dövrlə müqayisədə daha çox neft daşınır. İranla müharibənin
İqtisadiyyat15.10.2026 17:00
Trampdan neft qiymətləri ilə bağlı AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra neft qiymətlərinin kəskin düşəcəyini deyib. Sfera.az xəbər verir ki, Tramp bu barədə Montanada jurnalistlərə açıqlamasında bildirib. O, İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edərək, ölkənin 159 gəmisinin və 274 qırıcı təyyarəsinin vəziyyəti barədə danışıb. Trampın sözlərinə görə, İranın 159 gəmisindən heç biri artıq fəaliyyət göstərmir, 274 qırıcı təyyarəsinin isə istifadəyə yararlı
Siyasət15.10.2026 11:35
İran husilərin əli ilə Səudiyyəni hədəf alır? - AÇIQLAMA
Husilər yenidən Səudiyyə Ərəbistanın böyük şəhərlərini vurub. Tramp iddia edir ki, bu zərbələrin endirilməsində İran hökumətinin rolu var. Bəs İranın bu hücumlardan qazancı nədir? Husilərin Səudiyyə Ərəbistanının böyük şəhərlərinə hücumları İranın regiondakı təsir imkanlarını necə dəyişə bilər? Suallara cavab olaraq Sfera.az -a açıqlama verən ssiyasi şərhçi Həşim Səhrablı bildirib ki, sifarişin İran tərəfindən olduğunu demək çətindir: “İran sifariş edib və ya etməyib, bunu demək, əlbəttə ki,
Siyasət14.10.2026 16:20
Trampın İranla bağlı qərarı necə olacaq? - PROQNOZ
ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları və mümkün addımları Vaşinqtonun xarici siyasətindən daha çox daxili siyasi maraqları ilə əlaqəli ola bilər. Belə ki, İranla müharibə nəticəsində qarşıya qoyulan hədəflərə tam nail olunmaması və nüvə proqramı ilə bağlı problemin həllini tapmaması Tramp administrasiyasının mövqeyinə təsir göstərir. Bəs bu istiqamətdə Trampın İranla bağlı qərarı necə olacaq? Siyasi şərhçi Elçin Xalidbəyli Sfera.az -a açıqlamasında bildirib ki, ABŞ
Siyasət14.10.2026 14:24
"Tramp Zelenskidən bezib"
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan yorulduğu iddia edilir. Sfera.az xəbər verir ki, bu fikri Rusiya Siyasi Elmlər Cəmiyyətinin Luqansk üzrə bölməsinin rəhbəri, siyasi elmlər namizədi Aleksandr Protsenko TASS-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin xarici siyasət kursu dəyişib. Vaşinqtonun maraqları ilə NATO-nun Avropa hissəsinin Ukrayna münaqişəsinə yanaşmaları arasında fərqlər artıb. Ekspert
Siyasət14.10.2026 09:17
Tramp Zelenskini dəyişdirmək istəyir? – Namizədlərin adları çəkildi
ABŞ-nin Ukraynaya münasibəti və Vaşinqtondan gələn siyasi mesajlar Kiyevin gələcək siyasi kursu ilə bağlı müzakirələri gücləndirib. Tərəflər arasında münasibətlərin gərginləşməsi Ukraynada mümkün hakimiyyət dəyişikliyi ilə bağlı iddiaları da gündəmə gətirir. Bu fonda Donald Tramp administrasiyasının Ukraynada hansı siyasi fiqurları alternativ namizəd kimi nəzərdən keçirə biləcəyi maraq doğurur. Politoloq Həşim Səhrablı Sfera.az -a mövzu ilə bağlı açıqlamasında hazırkı mərhələdə Ukraynada
Dünya13.10.2026 14:30
ABŞ Zelenskinin vəzifədən getməsinə nail ola bilər – İDDİA
ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifədən getməsinə təsir göstərə bilər - kiprli jurnalist Aleks Xristoforu belə hesab edir. Sfera.az xəbər verir ki, o, “YouTube” kanalında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbərliyinin dəyişdirilməsinin vacibliyi ilə bağlı açıqlamasını şərh edib. Jurnalistin fikrincə, ABŞ-nin müvafiq qurumları Ukraynada hakimiyyət dəyişikliyinə nail olmaq imkanlarına malikdir. O, bu prosesin Vaşinqton üçün çətin olmayacağını iddia edib.
Dünya13.10.2026 09:28
Amerikalıların 78 faizi bahalaşmaya görə Trampı günahlandırır
ABŞ-də sorğuda iştirak edənlərin təxminən 78 faizi qiymətlərin gəlirlərindən daha sürətlə artmasına görə prezident Donald Tramp administrasiyasının siyasətini məsuliyyətli hesab edir. Sfera.az xəbər verir ki, bu barədə “Reuters” və “Ipsos” şirkətinin keçirdiyi araşdırmanın nəticələrində bildirilib. Təxminən 4 500 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə görə, respublikaçıların 64 faizi, demokratların 95 faizi, müstəqil seçicilərin isə 76 faizi bahalaşmaya görə Ağ Evi günahlandırır.
Media09.10.2026 20:49
Trampdan qəribə paylaşım: ""Süni intelekt" deyənlər düşməndir"
ABŞ Prezidenti Donald Tramp özünə məxsus "Truth Social" platformasında etdiyi paylaşımda "süni intellekt" (AI) ifadəsinin reallığı əks etdirmədiyini və qeyri-kafi olduğunu bildirərək, bu ifadədən istifadə etməyə davam edənləri Ağ Evin "Düşmən (THE ENEMY!)" kimi görəcəyini elan edib. Sfera.az xatırladır ki, Tramp 29 sentyabr 2026-cı il tarixində "Inaugurating The Era of Super Intelligence" (Super İntellekt Erasının Açılışı) adlı fərman imzalayıb. Bu fərmanla bütün federal qurumlara rəsmi
Dünya09.10.2026 11:07
Tramp texnologiya liderlərinə medal verəcək - ADLAR
ABŞ Prezidenti Donald Tramp elm və texnoloji innovasiya sahəsindəki uğurlarına görə tanınmış texnologiya liderlərini madalla təltif edəcək. Mükafatlandırılacaq şəxslər arasında İlon Mask, "Nvidia"nın rəhbəri Censen Huanq, "Alphabet"in həmtəsisçisi Sergey Brin və "AMD"nin rəhbəri Liza Su da var. Sfera.az xəbər verir ki, Ağ Ev-in məlumatına görə, bu şəxslər "Milli Elm Medalı"na layiq görülüblər. Digər tərəfdən, "Dell Technologies"in qurucusu Maykl Dell və "Microsoft"un rəhbəri Satya Nadella isə
Dünya08.10.2026 10:43





















