"Putin, Tramp və Zelenskinin görüşü ilə bağlı hazırlıq gedir"
Kateqoriya məlum deyil
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün üçtərəfli görüşü ilə bağlı hazırlıq prosesi davam edir.
Sfera.az bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, məsələ müzakirə olunur, lakin hələlik yekun razılaşma əldə edilməyib. Onun sözlərinə görə, mümkün görüşlə bağlı işlər davam etdirilir.
Fatimə
Sfera.az






