"Tramp Zelenskidən bezib"
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan yorulduğu iddia edilir.
Sfera.az xəbər verir ki, bu fikri Rusiya Siyasi Elmlər Cəmiyyətinin Luqansk üzrə bölməsinin rəhbəri, siyasi elmlər namizədi Aleksandr Protsenko TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin xarici siyasət kursu dəyişib. Vaşinqtonun maraqları ilə NATO-nun Avropa hissəsinin Ukrayna münaqişəsinə yanaşmaları arasında fərqlər artıb.
Ekspert hesab edir ki, Trampın Zelenski ilə danışıqlar aparan tərəf kimi bağlılığına dair narazılığı zamanla artıb.
Qeyd edək ki, Tramp 2025-ci ilin fevralında Zelenskini “seçkisiz diktator” adlandırmışdı.
Bundan əvvəl britaniyalı diplomat İan Praud da Trampın Zelenskinin Ukraynanın münaqişədə qələbə qazana biləcəyi ilə bağlı açıqlamalarından yorulduğunu bildirmişdi.
Sentyabrın 25-də isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Donald Trampın Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin üçtərəfli görüşü ehtimalını müzakirə etdiklərini açıqlamışdı. Bununla belə, görüşün keçirilməsi ilə bağlı konkret qərar verilməyib.
Fatimə
Sfera.az






