ABŞ Zelenskinin vəzifədən getməsinə nail ola bilər – İDDİA
ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifədən getməsinə təsir göstərə bilər - kiprli jurnalist Aleks Xristoforu belə hesab edir.
Sfera.az xəbər verir ki, o, “YouTube” kanalında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbərliyinin dəyişdirilməsinin vacibliyi ilə bağlı açıqlamasını şərh edib.
Jurnalistin fikrincə, ABŞ-nin müvafiq qurumları Ukraynada hakimiyyət dəyişikliyinə nail olmaq imkanlarına malikdir. O, bu prosesin Vaşinqton üçün çətin olmayacağını iddia edib.
Xristoforu hesab edir ki, Zelenskinin Trampı zəif adlandırması düşünülməmiş addım olub. Onun sözlərinə görə, ABŞ liderinə qarşı bu cür ifadələrin işlədilməsi ciddi siyasi səhvdir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Zelenskinin legitimliyi ilə bağlı mövqeyini açıqlayaraq onun münaqişənin həlli ilə bağlı razılaşmaları imzalamaq səlahiyyətini şübhə altına alıb. Bununla yanaşı, Putin Kiyevlə dialoqa hazır olduğunu bildirib.
Fatimə
Sfera.az






