Tramp texnologiya liderlərinə medal verəcək - ADLAR
ABŞ Prezidenti Donald Tramp elm və texnoloji innovasiya sahəsindəki uğurlarına görə tanınmış texnologiya liderlərini madalla təltif edəcək. Mükafatlandırılacaq şəxslər arasında İlon Mask, "Nvidia"nın rəhbəri Censen Huanq, "Alphabet"in həmtəsisçisi Sergey Brin və "AMD"nin rəhbəri Liza Su da var.
Sfera.az xəbər verir ki, Ağ Ev-in məlumatına görə, bu şəxslər "Milli Elm Medalı"na layiq görülüblər.
Digər tərəfdən, "Dell Technologies"in qurucusu Maykl Dell və "Microsoft"un rəhbəri Satya Nadella isə "Milli Texnologiya və İnnovasiya Medalı" ilə təltif olunacaqlar.
Trampın texnologiya dünyası ilə yaxınlaşmasının göstəricisi sayılan bu addım, süni intellektin təhlükəsizliyi ətrafındakı müzakirələrin fonunda atılır. Tramp süni intellekt sahəsində dövlətin sərt qaydalar qoyması yerinə, şirkətlərin könüllü prinsiplərə əməl etməsini və özünü tənzimləmə xəttini dəstəkləyir.
Sammitdə həmçinin amerikalı tədqiqatçıların STEM təhsil proqramlarına 100 milyon dollardan çox vəsaitin ayrılacağı gözlənilir. Bununla yanaşı, "National Compute" təşkilatının elmi araşdırmalar üçün 100 milyon dollar dəyərində hesablama gücü krediti bağışlayacağı elan ediləcək.
Vasif





