Amerikalıların 78 faizi bahalaşmaya görə Trampı günahlandırır

Amerikalıların 78 faizi bahalaşmaya görə Trampı günahlandırır
Kateqoriya məlum deyil
T

ABŞ-də sorğuda iştirak edənlərin təxminən 78 faizi qiymətlərin gəlirlərindən daha sürətlə artmasına görə prezident Donald Tramp administrasiyasının siyasətini məsuliyyətli hesab edir.

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” və “Ipsos” şirkətinin keçirdiyi araşdırmanın nəticələrində bildirilib.

Təxminən 4 500 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə görə, respublikaçıların 64 faizi, demokratların 95 faizi, müstəqil seçicilərin isə 76 faizi bahalaşmaya görə Ağ Evi günahlandırır. Respondentlərin ümumilikdə 68 faizi inflyasiyanın səviyyəsindən narazı olduğunu bildirib.

Məlumata görə, may ayında ABŞ-da qiymət artımının tempi 2023-cü ildən bəri ilk dəfə 4 faizi ötüb. Buna Yaxın Şərqdəki hərbi münaqişə və Hörmüz boğazının bağlanması fonunda enerji daşıyıcılarının kəskin bahalaşması təsir göstərib.

Sentyabr ayında amerikalıların inflyasiya ilə bağlı gözləntiləri də artıb. Belə ki, göstərici 4 faizdən 4,6 faizə yüksəlib. ABŞ şirkətlərinin rəhbərləri isə ilin yekununda inflyasiyanın 5,3 faiz olacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə ABŞ arasında iqtisadi münasibətlərin hazırda demək olar ki, sıfır səviyyəsində olduğunu bildirib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR