ABŞ-də Trampa qarşı “Krallar yoxdur” etirazları keçirildi
ABŞ-nin bir sıra şəhərlərində prezident Donald Trampa qarşı “Krallar yoxdur” (“No Kings”) şüarı altında kütləvi etiraz aksiyaları keçirilib.
Sfera.az xəbər verir ki, Nümayişçilər bərabər hüquqların təmin olunmasını və aralıq seçkilərində erkən səsverməyə qatılmağı çağırıblar.
Paytaxt Vaşinqtonda etirazçılar Linkoln Memorialının yaxınlığında Trampın kağız və digər yüngül materiallardan hazırlanmış fiqurunu daşıyıblar. Los-Ancelesdə isə nümayişçilər şəhər meriyasının qarşısına toplaşıblar. İştirakçılardan biri “Betmen” geyimində aksiyaya qatılıb.
Nümayişçilərin daşıdığı plakatlarda və səsləndirdikləri şüarlarda insan hüquqları və bərabərlik məsələləri ön plana çıxıb. Bir çox iştirakçı amerikalıları aralıq seçkilərində erkən səs verməyə çağırıb.
Men ştatının Saut-Portlend şəhərində isə insanlar yol kənarında düzülərək aksiyaya dəstək nümayiş etdiriblər. Sürücülər avtomobillərinin siqnallarını səsləndirməklə etirazçılara qoşulublar.
Aksiyalarda çıxış edənlər bərabər hüquqların qorunmasını tələb edib, bəzi iştirakçılar isə ABŞ-Nİn immiqrasiya və gömrük xidməti olan ICE-nin fəaliyyətinə son qoyulmasını istəyiblər.
İnci
Sfera.az






