Tramp jurnalisti təhqir etdi: “Cəhənnəm kimi görünürsən”
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistini ona ünvanladığı suala görə təhqir edib.
Sfera.az xəbər verir ki, jurnalist Trampdan aralıq seçkiləri öncəsi səfərlərdən yorulduğu üçün Kanzas ştatında keçirilməsi planlaşdırılan mitinqi ləğv edib-etmədiyini soruşub.
ABŞ lideri bu iddianı rədd edərək özünü “mükəmməl” hiss etdiyini bildirib. O, 28 mitinq keçirdiyini xatırladıb və Kanzasdakı tərəfdarlarına məsafədən müraciət edəcəyini, ertəsi gün isə Floridaya yollanacağını deyib.
Söhbət zamanı Tramp jurnalistə qarşı sərt ifadələr işlədib, onu “xəstə” və “iyrənc” adlandırıb. "Reuters" agentliyini də tənqid edən prezident müxbirə fiziki formasına diqqət yetirməyi tövsiyə edib və “Cəhənnəm kimi görünürsən” deyib.
Hadisə Trampın Merilend ştatındakı Endryus hərbi bazasına gəlişi zamanı baş verib.
Fatimə
Sfera.az






