Oliqarxların köçü: Milyonlarla dollarlıq yaxtalarını haralara qaçırırlar? - SİYAHI
12:30 / 05.03.2022
4192
Avropa ölkələrinin ruslara qarşı sanksiyalarının nəzərəçarpacaq dərəcədə artması oliqarxları qorxuya salıb.
Sfera.az bildirir ki, ötən gün "Rosneft” neft şirkətinin rəhbəri İqor Seçinə məxsus 88 metrlik "Amore Vero” yaxtasını ələ keçirən Fransa bundan əlavə, rusiyalı iş adamları ilə əlaqəli daha 4 yük gəmisinə əl qoyub. Almaniyada isə rusiyalı milyarder Əlişir Usmanova məxsus, dəyəri 600 milyon dollar olan 150 metrlik "Dilbar” super yaxtası ələ keçirilib.
Bu hadisələrdən sonra adı sanksiya siyahısında olan Rusiyanın alüminium nəhəngi, "Rusal”ın qurucusu Oleq Deripaskaya məxsus "Clio" superyaxtası Maldiv adalarının paytaxtı Male sahillərində lövbər salıb. Eynilə, qara siyahıya düşən digər rus polad istehsalçısı, "Evraz”ın qurucularından olan Aleksandr Abramova məxsus "Titan” da buraya gəlib.
Bundan başqa, Rusiyanın ikinci ən zəngin adamı Vladimir Potaninə məxsus 88 metrlik "Nirvana” da Maldiv adalarında üzərkən görüntülənib.
Tütün maqnatı İqor Kesaevə məxsus 50 metrlik "My Sky” və polad sənayesində Viktor Rasnikovun 140 metrlik meqa "Ocean Victory” yaxtası da Maldiv adalarındadır. Bu yaxtaların çoxu əvvəllər Yaxın Şərqdəki limanlarda dayanmışdı.
Qeyd edək ki, Maldiv adaları ilə ABŞ və ya Avropa Birliyi ölkələri arasında ekstradisiya müqaviləsi yoxdur. Bu yolla da burada rus oliqarxlarına məxsus yaxtaların saxlanıla biləcəyi bildirilir.
MY SKY
Sahibi: İqor Kesaev - Tütün istehsalçısı
Dəyəri: 30 milyon funt sterlinq
Uzunluğu: 50 metr
OKEAN QƏLƏBƏSİ
Sahibi: Viktor Rashnikov - Polad maqnatı
Dəyəri: 225 milyon funt sterlinq
Uzunluğu: 140 metr
TITAN
Sahibi: Alexander Abramov - Polad istehsalçısı
Dəyəri: 75 milyon funt sterlinq
Uzunluğu: 78 metr
CLIO
Sahibi: Oleq Deripaska - Sənayeçi
Dəyəri: 30 milyon funt sterlinq
Uzunluğu: 72 metr
Günay Rəsulqızı
Sfera.az