Logo

"Dünyanın heç bir yeri sizin üçün dinc olmayacaq, qəbiristanlıqdan başqa..." - Zelenskidən TƏHDİD

"Dünyanın heç bir yeri sizin üçün dinc olmayacaq, qəbiristanlıqdan başqa..." - Zelenskidən TƏHDİD
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukrayna prezidenti Zelenski xalq qarşısında çıxış edərək vətəndaşları güclü olmağa çağırıb.

Sfera.az bildirir ki, ölkə başçısı  Ukraynada törədilən cinayətlərə görə Rusiya ordusunun cəzalandırılacağını söyləyib.

"Biz minlərlə qurbanı, əziyyət çəkən insanları unutmayacağıq. Tanrı da həmçinin. Heç vaxt. Bağışlanma yerinə, hökm günü olacaq”, - deyə Zelenski deyib.

O, həmçinin 500-dən çox raketin atıldığını vurğulayıb:

"Evləri sökməyinizi sizə bağışlamayacağıq. Hava hücumundan müdafiə sistemi tərəfindən atılan raketinizi unutmayacağıq. Onlar bütün Ukraynada xalqımızı, uşaqlarımızı vurdu. Şəhərlərimizi, insanlarımızı vuran, torpaqlarımızı bombalayan, raket atan hər kəsi tapacağıq. Dünyanın heç bir yeri sizin üçün dinc olmayacaq, qəbiristanlıqdan başqa”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR