Logo

"Bu, müharibəni şiddətləndirəcək və Suriyadakından da dəhşətli mənzərə yaranacaq" - PROQNOZ

"Bu, müharibəni şiddətləndirəcək və Suriyadakından da dəhşətli mənzərə yaranacaq" - PROQNOZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya və Ukrayna arasında yeganə razılıq mülki insanların şəhərləri tərk etmək üçün koridorların yaradılmasıdır”.

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bunun vacib olduğunu vurğulasa da, ancaq mülki insanların şəhərləri tərk etməsinin müharibəni daha da şiddətləndirəcəyini söyləyib.

"Rusiya ordusu Kremldən aldığı təlimat əsasında Ukraynanın şəhərlərini tamamilə darmadağın hesabına işğalı sürətləndirməyə çalışacaq. Ukraynanın əhalisi 40 milyondan çoxdur, bunun 1 milyonu artıq qaçqına çevrilib. Misal üçün, Suriyada müharibə başlayanda 1 milyon qaçqın aylar sonra qeydə alınmışdı. Yəni Ukraynadakı müharibə Suriyadakı müharibədən daha dəhşətli miqyas alıb”.

Ekspert həmçinin, Avropanın mərkəzində dəhşətli humanitar böhranın yaşandığını da əlavə edib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR