"Türkiyə Rusiya ilə danışıqlar apararaq..." - Son günlər artan erməni təxribatları ilə bağlı AÇIQLAMA

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qarabağda separatçı erməni silahlı birləşmələrinin mütəmadi silahlı təxribatlara yol verməsi Kremlin təlimati ilə reallaşır:

"Məqsəd Azərbaycana təzyiqdir. Ölkəmiz bu təzyiqlərlə 30 ildir ki, üz-üzədir. Artan erməni təxribatları, Rusiyanın Ukrayna labiritində ilişib qalması Azərbaycanın anti-terror əməliyyatları keçirməsini reallaşdıra bilər. Təbii ki, burada Türkiyə faktoru mühüm rol oynayır, Rusiya da bundan narahatdır”.

Politoloq qeyd edib ki,  ilk növbədə Türkiyə Rusiya ilə danışıqlar apararaq silahlı erməni birləşmələrinin çıxarılmasını 10 noyabr Birgə Bəyannaməsinə uyğun həyata keçirməlidir:

"Hətta imzalanmış "müttəfiqlik" adlanan Moskva Bəyannaməsinə uyğun olaraq, Rusiya separatçılarla əməkdaşlığı dayandırmalıdır. Erməni separatçılarının təxribatları yeni dəhliz yolu istifadəyə verdikdən sonra tamamilə qarşısı alınmalıdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...