Bunu edən qadınlar 8 Martda daha böyük hədiyyə ala bilərlər – Psixoloq MƏSLƏHƏTİ
13:09 / 07.03.2022
1257
"Qadınlar kişilərin motivasiyasını qırmayıb, bir çiçəyi belə yaxşı qarşılasa, növbəti il daha böyük hədiyyələr ala bilərlər”.
Bunu 8 Mart Beynəlxalq Qadınlar Günündə alınan hədiyyələrdən və qadınların bu hədiyyələrə münasibətindən danışan psixoloq Aytən Ələkbərova Sfera.az-a açıqlamasında deyib.
Psixoloq 8 mart münasibəti ilə qadınların hədiyyələrə fərqli reaksiya verəcəyini deyib:
"Qadınlar emosiyalara daha tez qapılırlar. Hər bir fərdin bioloji xüsusiyyətinə uyğun xarakteri formalaşır. Xarakter formalaşan zaman bu, onların zövqünə də təsir edir. İnsan çox mürəkkəb həyat şəraitinə malikdir. O, ətraf aləmi, qarşılıqlı münasibətləri dərk etməklə kifayətlənmir. Bunu ayrı-ayrı şəxslərlə münasibət zamanı da sezmək olur. 4 tipə ayrılan psixotemprametr var ki, bu tiplərə ayrılan qadınların fərqli zövqləri, yanaşmaları olur. Hər qadını hər an sevindirmək olmur”.
Psixoloq bəzi qadınları sevindirməyin çox çətin oldğunu deyib:
"Elə qadınlar var ki, onun üçün əlindən gələni etsən də, quru bir "sağ ol” kəlməsini deməyə çətinlik çəkir. Bu da onun xüsusiyyətindən irəli gəlir. Həmin tip qadınlara hədiyyə alarkən yaxşı olardı ki, birbaşa özündən nə istədiyini soruşasan. Biz qadınlar çiçəyə bənzəyirik, bizə qulluq edildikcə, dəyər verildikcə özümüzü daha çox xoşbəxt hiss edirik. Belə olan halda da qarşı tərəfi daha çox xoşbəxt edirik. Odur ki, hər büdcəyə uyğun qəbul etdiyimiz hədiyyəni dəyərli tutaq, qiymətləndirək. Bu gün bir çiçəyi dəyərləndirsən, növbəti bayrama gül dəstələri ala bilərsən. Bu vəziyyət qadının verdiyi motivasiyadan çox asılıdır”.
Əzizə Zeynal