10 milyarddan çox pul itirən Vahid Ələkbərov atəşkəs istəyir - “Lukoyl” şirkətindən gözlənilməz AÇIQLAMA
17:07 / 05.03.2022
6067
Rusiyanın ikinci ən böyük neft şirkəti olan "Lukoyl” Ukraynadakı müharibəni dayandırmağa çağırıb.
Sfera.az bildirir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, şirkətin idarə heyəti səhmdarlara, işçilərə və müştərilərə verdiyi açıqlamada "Biz silahlı münaqişəyə dərhal son qoymağa çağırırıq. Bu faciədən zərər çəkmiş bütün qurbanlara səmimi başsağlığımızı bildiririk. Davamlı atəşkəs və problemlərin ciddi danışıqlar və diplomatiya yolu ilə həllini qətiyyətlə dəstəkləyirik", - deyə bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu və Qərb ölkələrinin sanksiyalarından sonra "Lukoyl”un sədri və baş direktoru Vahid Ələkbərov ən çox sərvət itirən oliqarxlardan olub. London birjasında satılan "Lukoyl”un səhmləri Ukrayna işğalının başlaması ilə 99 faiz dəyərini itirib. Ələkbərovun fevralın 23-dən martın 3-dək təxminən 10,5 milyard dollar itirdiyi təxmin edilir.
Günay Rəsulqızı
Sfera.az