Karantinlə bağlı bu qadağalar ləğv olunacaq

Karantinlə bağlı bu qadağalar ləğv olunacaq
Artıq əksər inkişaf etmiş ölkələr karantin rejiminin aradan qaldırılması və ya tam yumşaldılması barədə qərarlar qəbul edirlər. Avropada İngiltərə, Almaniya və Fransa kimi aparıcı dövlətlər yenidən normal həyata qayıtmaqda israrlıdırlar. Qardaş Türkiyədə də karantin qaydaları xeyli yumşalıldı, lokal pandemiyadan imtina ilə bağlı real addımlar atılmaqdadır.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycanda atılmalı olan addımlara da toxunub:

"Son bir ayda ölkəmizdə yoluxma sayı 12 dəfəyə yaxın azalaraq 7050-dən 588-dək düşüb. Vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 111 mindən çoxdur. Ölkəmizdə peyvəndləşmə səviyyəsi kifayət qədər yüksək hesab olunur. Bütün bunları nəzərə aldıqda, mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması, rayonlar ilə dəmiryolu əlaqəsinin bərpa edilməsi və ölkəyə gəliş-gediş zamanı peyvənd passportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı".

"Qarşıdan yeni turizm mövsümü gəlir.  2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər", - deyə V. Bayramov əlavə edib.
 
Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pezeşkian Putini İrana dəvət etdi

"Rusiya prezidenti Vladimir Putinin 2025-ci ildə İrana səfər edəcəyinə ümid edirik".    Sfera.az xəbər verir ki, bunu İranın xarici iş...

Göydəniz Qəhrəmanov Ümummilli liderə həsr olunmuş kitabının təqdimatında - FOTOLAR

"YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş, xalq artisti, professor Zamiq Əliyevin müəllifi...

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.   Sfera.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon saki...

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Azərbaycanın daşınmaz əmlak sektorunda qabaqcıl şirkətlərdən olan “Baku City Residences” daha bir mükafata layiq görülüb.   Sfera.az xəbə...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqınd...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri...