Rusiya neft gəlirlərindən də məhrum olacaq: Qərb İranı yenidən bazara qaytarmağa çalışır
12:18 / 07.03.2022
861
Birjalarda neftin qiyməti son 10 ildə rekord səviyyədə yüksələrək 1 bareli 130 dollara çatıb.
Sfera.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, ABŞ Dövlət Katibinin Rusiya neftindən imtina müzakirələri ilə bağlı açıqlamasından sonra neft bazarına psixoloji təzyiqlər güclənib. Onun sözlərinə görə, digər tərəfdən, ABŞ qanunverici orqanı da Rusiyanın yalnız xam netfindən deyil, həmçinin enerji məhsullarından imtina ilə bağlı araşdırmaların aparıldığını bildirib:
"Bu arada Qərb ölkələrinin İranı yenidən neft bazarına qaytarmaqla danışaqlar apardığı bəlli olub. 157 trilyon barel neft ehtiyatları ilə dünyada 4-cü ən böyük rezervlərə malik olan cənub qonşumuz gündəlik 2.4 milyon barel neft hasil edir. Gündəlik 1 milyon barelə yaxın xam neft ixracatı olan İran dünya rezervlərinin 1/10-ə malikdir. Bununla belə, İran gündəlik neft hasilatını qısa zamanda sanksiyalardan əvvəlki səviyyəyə - gündəlik 4.5 milyon barelə çatdırmaq imkanlarına malikdir. Bu isə cənub qonşumuzun daha qısa zamanda qlobal neft bazarına daxil ola biləcəyi anlamına gəlir”.
Deputat əlavə edib ki, Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır:
"Bu isə o deməkdir, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil. Rəsmi Vaşinqtonun OPEC-ə hasilatın artırılması ilə bağlı açıq mesajlar göndərəcəyi də gözləniləndir. Bununla da Qərb OPEC vasitəsi ilə Rusiya ixracatına digər alternativ mənbənin əldə edilməsinə və qiymətlərin kəskin artımının qarşısını almağa çalışağı istisna deyil”.
Günay Rəsulqızı
Sfera.az