Bişkekdə "ŞƏT+" formatında görüş başa çatdı

Bişkekdə "ŞƏT+" formatında görüş başa çatdı
Kateqoriya məlum deyil
T

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT+” formatında görüşü başa çatıb.

Sfera.az xəbər verir ki, İrys Ordo Konqres Mərkəzində keçirilən tədbirdə ŞƏT-ə üzv dövlətlərin rəhbərləri ilə yanaşı, bir sıra ölkələrin yüksək səviyyəli nümayəndələri və BMT-nin Baş katibi iştirak edib.

Görüşdə Misirin Baş nazirinin müavini Hüseyn Məhəmməd Əhməd İsa, Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan, Ermənistanın Baş naziri Nikol Paşinyan, Laos Prezidenti Thongloun Sisoulith, Monqolustan Prezidenti Uxnaagiin Xurelsukh, Toqo Prezidenti Faure Essozimna Qnassingbe, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş iştirak ediblər.

Tədbir “BMT ədalətli dünya nizamının əsas elementi kimi: ŞƏT üzv dövlətlərinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi” mövzusuna həsr olunub.

İştirakçılar çıxışlarında beynəlxalq təhlükəsizlik, çoxtərəfli əməkdaşlıq və yeni dünya nizamının formalaşması ilə bağlı mövqelərini və təkliflərini səsləndiriblər.

Qeyd olunub ki, “ŞƏT+” formatı təşkilatla müxtəlif ölkə və beynəlxalq qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin qlobal gündəmdə olan məsələlərin müzakirəsi və onların həlli üçün mühüm platforma rolunu oynayacaq.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR