Tramp adalarla bağlı mövqeyini dəyişə bilər

Tramp adalarla bağlı mövqeyini dəyişə bilər
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Folklend adaları üzərində suverenliyinə dair ABŞ-nin mövqeyini yenidən nəzərdən keçirə biləcəyini deyib.

Sfera.az xəbər verir ki, ABŞ rəsmilərinin sözlərinə görə, Pentaqon NATO müttəfiqlərinin müdafiə xərclərini artırmaqla bağlı öhdəliklərini nəzərdən keçirir və bu prosesdə Böyük Britaniyaya xüsusi diqqət yetirilir.

Folklend məsələsində ABŞ-nin mövqeyinin dəyişdirilməsi də Londona təzyiq vasitələrindən biri kimi nəzərdən keçirilir.

Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkəsinin müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaq planına sadiq olduğunu bildirib. O, Folklend adalarının “Britaniyaya məxsus olduğunu” və ada sakinlərinin bunu istədiyi müddətdə Britaniyaya bağlı qalacağını vurğulayıb.

Cənubi Atlantikdə yerləşən Folklend adaları Böyük Britaniyanın idarəçiliyindədir. Argentina isə uzun illərdir adalar üzərində suverenlik iddiasını irəli sürür.

Məsələ apreldə Pentaqona aid olduğu bildirilən və sızdırılan daxili yazışmadan sonra da gündəmə gəlmişdi. Sənəddə Böyük Britaniyanın İran müharibəsində ABŞ-yə kifayət qədər dəstək verməməsi halında Vaşinqtonun Folklend adaları ilə bağlı mövqeyini dəyişə biləcəyi iddia olunurdu.

Tramp administrasiyası ilə Avropa ölkələri arasında NATO-nun müdafiə xərcləri və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək məsələləri fonunda gərginlik son aylarda artıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR