Rusiya ilə Yaponiya arasında gərginlik artır

Rusiya ilə Yaponiya arasında gərginlik artır
Kateqoriya məlum deyil
T

Rusiya ilə Yaponiya arasında münasibətlərdə gərginlik yenidən yüksəlib. Moskva Tokionun hərbi potensialını artırmağa yönəlmiş addımlarından narahatlığını açıqlayıb və Yaponiyanı “sülh prinsiplərinə əməl etməyə” çağırıb.

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vladivostokda keçirilən 11-ci Şərq İqtisadi Forumunun çərçivəsində keçirdiyi həftəlik brifinqdə deyib.

Zaxarova Tokionun ölkənin yenidən hərbiləşdirilməsinə istiqamətlənmiş addımlarının Moskvanı narahat etdiyini bildirib.

“Tokionun ölkəsini yenidən hərbiləşdirməyə yönəlmiş addımları narahatlıq doğurur. Yaponiya Rusiyadan qanunsuz ərazi tələbləri irəli sürür. Yaponiyanı Konstitusiyasında əksini tapan sülh prinsiplərinə əməl etməyə çağırırıq”, - Zaxarova deyib.

O, Kuril adalarının İkinci Dünya müharibəsinin nəticələri, müttəfiq dövlətlər arasında əldə olunmuş razılaşmalar və BMT Nizamnaməsi çərçivəsində Rusiyanın nəzarətinə keçdiyini bildirib.

Zaxarovanın sözlərinə görə, Moskva Kuril adaları üzərində Rusiyanın suverenliyini və yurisdiksiyasını mübahisəsiz hesab edir.

Rusiya rəsmisi Yaponiya, ABŞ və Avstraliyanın sentyabrın 8-dən 24-dək keçirəcəyi “Orient Shield” hərbi təliminə də toxunub.

O bildirib ki, təlimlər Rusiyanın Uzaq Şərq sərhədlərinə yaxın ərazilərdə keçiriləcək. Zaxarova Tokiyoya “təxribat xarakterli hərbi fəaliyyətlərin” qəbuledilməz olduğu barədə xəbərdarlıq edildiyini vurğulayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR