Rusiyada "Google" və "Telegram" böyük məbləğdə cərimələndi

Rusiyada "Google", "Telegram" və "Pinterest" platformaları qadağan olunmuş məzmunları silmədikləri üçün ümumilikdə 22,8 milyon rubl (263 min dollar) məbləğində cərimələnib.
Sfera.az xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkətlərə qarşı açılan işlər üzrə qərar qəbul edib.
Məhkəmə "Telegram"ın üç ayrı qadağan olunmuş məzmunu silmədiyinə görə 11,4 milyon rubl, "Google"un iki pozuntuya görə 7,6 milyon rubl, "Pinterest"in isə 3,8 milyon rubl cərimə ödəməsinə qərar verib.
"Pinterest"ə qarşı ekstremist fəaliyyətə çağırışlar və uşaqlara aid qadağan olunmuş məzmunların silinməməsi ilə bağlı ayrıca inzibati iş də açılıb. Şirkət bu iş çərçivəsində əlavə olaraq 8 milyon rubla qədər cərimə ilə üzləşə bilər.
Rusiyada xarici internet platformalarına qadağan olunmuş məzmunların silinməməsi və ölkə qanunvericiliyində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı daha əvvəl də cərimələr tətbiq olunub.
İradə Elsevər






