Makronun ögey qızı özündən 20 yaş kiçik tələbə ilə sevgili oldu

Makronun ögey qızı özündən 20 yaş kiçik tələbə ilə sevgili oldu
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makronun ögey qızı Tifenn Ozye özündən 20 yaş kiçik tələbə ilə münasibətə başlayıb. Bu münasibət onun anası Bricit Makronun həyatındakı sevgi hekayəsini xatırladıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 42 yaşlı hüquqşünas və siyasətçi Tifenn Ozye sosial şəbəkədə Amsterdam səfərindən görüntülər paylaşıb. O, səfər zamanı 22 yaşlı biznes fakültəsinin tələbəsi Antuan Lekontla birlikdə vaxt keçirib.

Fransanın “Gala” jurnalının məlumatına görə, cütlük bu ilin yayında Fransanın şimal-qərbində yerləşən Le-Tuke sahil şəhərində tanış olub. Həmin vaxt Lekont kaytsörfinq üzrə təlimatçı işləyib və Ozyeyə elektrofoyl sürməyi öyrədib.

Tifenn Ozyeyə yaxın mənbə onların arasında ilk görüşdən etibarən güclü bağ yarandığını bildirib. Onları Le-Tuke şəhərinə, səyahətə, macəralara və sahibkarlığa olan maraqları birləşdirir.

Ozye 2026-cı ilin mayında məşhur fransız televiziya aparıcısı Siril Anuna ilə münasibətini bitirib. Yeni sevgilisini artıq 12 yaşlı qızı Eliz və 10 yaşlı oğlu Orel ilə tanış edib.

Tifenn Ozye ilə Antuan Lekont arasındakı 20 illik yaş fərqi onun anası Bricit Makronla Emmanuel Makron arasındakı yaş fərqinə demək olar ki, bərabərdir. Hazırda Bricit Makronun 73, Emmanuel Makronun isə 48 yaşı var.

Emmanuel Makron Bricitlə onun müəllim işlədiyi Amiensdəki məktəbdə tanış olub. Həmin vaxt gələcək prezidentin 15 yaşı, Bricitin isə 39 yaşı olub. Onların münasibəti Makronun valideynləri tərəfindən ciddi narazılıqla qarşılanıb.

Maraqlıdır ki, Bricit Makron qızının yeni münasibətinə müsbət yanaşır. “Gala”ya danışan mənbə onun Tifennin xoşbəxtliyinə görə “dəlicəsinə sevindiyini” bildirib.

Tifenn Ozye 2018-ci ildə anasının Emmanuel Makronla münasibəti barədə danışarkən deyib ki, sevgini təsəvvür etməsi istənilsə, ağlına Emmanuel və anası gəlir: onlar birlikdə olduqda sanki dünyada heç nə mövcud deyil.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR