"Fransaya neft ixracımız artıb, ona görə ki..." - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanın yanvar-sentyabr dövründə Fransaya xam neft ixracı həm həcmi, həm də dəyəri baxımından əhəmiyyətli artım göstərib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəmiz bu dövrdə Fransaya 165,1 min ton xam neft göndərərək, 83,4 milyon ABŞ dolları gəlir əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 84,1%, dəyəri isə 1,5 dəfə artıb. Bu göstərici Azərbaycanın ümumi neft ixracının təxminən 0,97%-ni təşkil edir. Ümumilikdə, yanvar-sentyabr aylarında