HƏMAS Qətər və Misir rəsmiləri ilə görüşəcək

HƏMAS nümayəndə heyəti Qəzza zolağında atəşkəs rejiminin davam etdirilməsini müzakirə etmək məqsədilə bu gün Qahirədə Qətər və Misir rəsmiləri ilə görüş keçirəcək.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Bu barədə AFP agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, HƏMAS-ı görüşdə təşkilatın yüksək rütbəli üzvü Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Görüş zamanı Qəzza zolağında onlarla insanın ölümünə səbəb olan İsrail hava zərbələrinin, eləcə də regiondakı ümumi vəziyyətin müzakirə olunacağı bildirilir.
HƏMAS tərəfi İsrailin 10 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəs razılaşmasını pozduğunu iddia edir.
Qahirədə keçiriləcək danışıqlarda tərəflərin bölgədə atəşkəsin qorunması və humanitar vəziyyətin sabitləşdirilməsi istiqamətində addımları müzakirə edəcəyi gözlənilir.
Fidan Hacızadə
Sfera.az






