Avropa azı 3 il Ukraynaya hərbi yardım edəcək

Kateqoriya məlum deyil
T
Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların daha üç il davam etdirilməsinə dəstək verəcək.
Sfera.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.
Nazirin sözlərinə görə, yaxın həftələrdə Avropa Komissiyası Ukraynaya yeni maliyyə paketi ayıracaq:
“Yaxın həftələrdə biz Ukraynaya Avropa Komissiyasının təqdim edəcəyi və Rusiyanın Ukraynaya ödəyəcəyi təzminatlar hesabına vaxtında qaytarılacaq kredit vasitəsilə ən azı üç il müddətinə özünü müdafiə vasitələri ilə təmin etməyi planlaşdırırıq”, – deyə Barro qeyd edib.
Qeyd edək ki, Avropa İttifaqı bundan öncə də Ukraynaya hərbi və maliyyə yardımlarını davam etdirəcəyini açıqlamışdı.
Fidan Hacızadə
Sfera.az






