Keçmiş əri Lopezi xəyanətdə təqsirləndirdi

Cennifer Lopezin keçmiş sevgililəri haqqında açıqlamalarından sonra onun keçmiş əri, şəxsi məşqçisi Ojani Noah (Nuh) müğənnini şəxsən onu aldatmaqda ittiham edib. O, açıqlamasında qeyd edib ki, sənətçi ömründə bir dəfə də olsa həqiqəti danışmalı və qurban rolunu oynamağı dayandırmalıdır.
Sfera.az bildirir ki, Cennifer Lopezlə birinci əri Ojani Noah arasında münaqişə müğənninin bu yaxınlarda verdiyi müsahibədə keçmiş sevgililərindən heç birinin onu əsla sevmədiyini etiraf etməsindən sonra daha da böyüyüb. Noa Lopezin şərhlərinə sosial mediada sərt açıqlama ilə cavab verib, sənətçini xəyanətdə və manipulyasiyada ittiham edib.
Aparıcı Howard Stern ilə söhbətində 56 yaşlı Cennifer Lopez heç vaxt əsl sevgi yaşamadığını deyib. O qeyd edib ki:
“Mən başa düşürdüm ki, məni sevmirlər, amma buna məcburdurlar".
1997-1998-ci illərdə Lopezlə evli olan Ojani Noah “İnstaqram”da bu şərhlərə cavab yazıb. O, evliliklərində xəyanət edən tərəfin müğənni olduğunu iddia edərək:
"Bəsdir bizi alçaltdın. Problem bizdə deyil. Problem sən özünsən" sözlərini əlavə edib.
Noah öz ifadəsində keçmiş həyat yoldaşını reklam üçün "qurban timsalından istifadə etməkdə" günahlandırıb.
“Bircə dəfə düzünü de... Utanmalısan”-deyə o yazıb. Noah həmçinin karyerasının əvvəllərində etibarsızlıq və qorxularla mübarizədə Lopezə dəstək olduğunu iddia edib.
Bununla belə, Lopez özünü "sevgiyə layiq olmayan" hesab etmədiyini, lakin çox vaxt özünü sevmədiyini başa düşdüyünü bildirib.
"Onlara hər şeyi verdim, amma indi başa düşürəm ki, özünü sevməyi və içindəki balaca insana hörmət etməyi öyrənməlisən"- deyə müğənni bildirib.
O, fevralın 21-də aktyor Ben Afflekdən boşanmasına da münasibət bildirib və bunu "onun başına gələn ən yaxşı şey" adlandırıb. Terapevtlərin köməyindən istifadə etdiyini deyən müğənni:
“Məni sındırsa belə, bunu yaşamağa qərar verdim"-deyib.
Qeyd edək ki, əvvəlki müsahibələrində Noah həqiqətən yaxşı ər olduğunu vurğulamışdı və Lopezi karyerasına yeni başlayanda dəstəkləmişdi. O, boşandıqdan sonra 50 min dollar təzminat aldığını iddia edib.
"Cenniferlə birlikdə olanda heç vaxt başqa qadına baxmadım. Amma komandası onun mükəmməl görünməsini istədi, ona görə də məni günahlandırdılar"- deyə Noah bildirib.
Xatırladaq ki, Cennifer Lopez və Ojani Noah 1997-ci ildə evləniblər, lakin evlilik bir ildən az davam edib. Boşandıqdan sonra müğənni üç dəfə evlənib. Lopez daha əvvəl bildirmişdi ki, onun indiki özünü kəşf yolu uzun özünü qəbul etmə prosesinin nəticəsidir.
Aysel






