Zelenski fikrini dəyişdi: indi bu silahı istəyir

Zelenski fikrini dəyişdi: indi bu silahı istəyir
Kateqoriya məlum deyil
T

Ukrayna Rusiyanın hava hücumlarına qarşı müdafiəsini gücləndirir. Belə ki, Prezident Volodimir Zelenski ölkəsinin 25 ədəd Patriot hava hücumundan müdafiə sistemi almaq üçün müqavilə hazırladığını açıqlayıb.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, Zelenski bildirib ki, sistemlərin tədarükü bir neçə il ərzində mərhələli şəkildə həyata keçiriləcək. O həmçinin bəzi Avropa ölkələrindən bu sistemlərin Ukraynaya prioritet qaydada göndərilməsini istəyəcəyini deyib.

 

Ukrayna lideri bu addımı ABŞ Prezidenti Donald Tramp ilə Putinin görüşü sonrası yaranan fikir ayrılıqlarının ardından atıb. Zelenski əvvəlcə hücum gücünü artırmaq üçün “Tomahavk” raketləri almağı planlaşdırsa da, indi diqqətini Patriot sistemlərinə yönəldib. Kiyev bu sistemləri Rusiyanın ballistik raketlərinə qarşı ən güclü müdafiə vasitəsi hesab edir.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR