Almaniya ABŞ-dən 15 ədəd F-35 alacaq

Almaniya təxminən 2,5 milyard avroya ABŞ-dən əlavə 15 F-35 qırıcısı almağı planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Bundesver Hərbi Hava Qüvvələri artıq bu modelin 35 təyyarəsini idarə edir, lakin Berlin deyir ki, Şimali Atlantika Alyansına üzv ölkələrin hava qüvvələri üçün NATO-nun yeni tələblərinə cavab vermək üçün donanmasını genişləndirməlidir.
Oktyabrın 8-də Bundestaqın Büdcə Komitəsi Müdafiə Nazirliyinin dəyəri 7 milyard avrodan çox olan bir neçə satınalma layihəsini təsdiqləyib. Konkret olaraq, sövdələşmə 3,75 milyard avroya Eurofighter qırıcı təyyarələrinin alınması ilə bağlı idi. Təslimatlar 2031-2034-cü illər arasında gözlənilir.
Qeyd edək ki, alınan döyüş təyyarələrinin sayı dəqiqləşdirilməyib, lakin 20 təyyarənin iştirak etdiyini bildirilir.
Niyaz Hacıyev
Sfera.az






