Zelenski müharibənin bitməsi anonsunu verdi

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Ukrayna indi hərbi əməliyyatları dayandırmağa yaxındır.
Sfera.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Ukraynanın “Teleqraf” nəşri Zelenskidən sitat gətirib: “Biz müharibənin mümkün sona yaxınlaşdıq. Bunu sizə əminliklə deyə bilərəm”.
Bununla belə, o, bir xəbərdarlıq əlavə edib: "Bu, mütləq bitəcək demək deyil."
“ABŞ prezidenti Yaxın Şərqdə çox şey əldə edib və bu əsasda Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmaq istəyir”- deyə Zelenski qeyd edib.
Bu kontekstdə o, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə mümkün görüşü də xatırladıb, belə bir görüşdə iştirak etmək arzusunu ifadə edib, lakin dərhal şərtləri – Trampın vasitəçiliyi ilə üçtərəfli görüşə və ya dolayı danışıqlara razılıq verilməsini bildirib.
Qeyd edək ki, oktyabrın 16-da Putinlə telefon danışığından sonra Tramp tezliklə Budapeştdə görüşməyə razılaşdıqlarını açıqlayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bəyan edib ki, Moskva və Vaşinqton gecikmədən iki ölkə liderləri arasında Macarıstan paytaxtında keçirilə biləcək yeni görüşə hazırlığa başlayacaqlar.
Macarıstanın baş naziri Viktor Orban sammitə hazırlıq üçün təşkilat komitəsinin yaradılmasına göstəriş verib və bu işin cümə axşamı axşam başladığını bildirib.
Niyaz Hacıyev
Sfera.az






