Məşhur qrupun üzvü vəfat etdi
Məşhur “Limp Bizkit” qrupunun üzvü, bas gitarist Sam Rivers 48 yaşında vəfat edib. Sfera.az xəbər verir ki, bu haqda qrupun sosial media hesabında paylaşım edilib: “Bu gün qardaşımızı itirdik. Qrup yoldaşımızı, ürəyimizi… Sam bizim səsimizin və ruhumuzun ayrılmaz hissəsi idi. Onun enerjisini və mehribanlığını heç vaxt unutmayacağıq”. Qeyd edək ki, Rivers sözügedən komandanın qurucu üzvlərindən biri idi və “Break Stuff”, “My Way”, “Nookie” kimi məşhur hitlərin səslənməsində mühüm rol oynayıb.