Bu ölkədə matəm elan edildi
Polşanın Krakov şəhərinin mərkəzində baş verən kütləvi atışma nəticəsində 6 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Hadisə ilə əlaqədar şəhərdə noyabrın 11-dək matəm elan olunub.
Sfera.az xəbər verir ki, bu barədə Krakov şəhərinin rəsmi qurumları məlumat yayıb.
Məlumata görə, silahlı hücum noyabrın 7-də şəhərin Mərkəzi Meydanı (Rynek Qłówny) yaxınlığında baş verib. İlkin məlumatlara əsasən, avtomobillə hərəkət edən şəxs ətrafdakı insanlara atəş açıb.
Hadisə yerinə polis, təcili tibbi yardım və digər fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub. Hücumun şübhəlisi polis tərəfindən yaralanaraq saxlanılıb. Onun Polşa vətəndaşı olduğu bildirilir.
Krakov şəhərinin meri Lukaş Qibala faciə ilə əlaqədar noyabrın 8-dən 11-dək şəhər ərazisində matəm elan edib. Bu müddətdə dövlət və bələdiyyə binalarında bayraqlar yarıya qədər endiriləcək, şəhər tərəfindən təşkil olunan əyləncə tədbirləri ləğv ediləcək.
Polşanın Baş naziri Donald Tusk da hadisə ilə bağlı məlumatlandırıldığını bildirib. O, hüquq-mühafizə orqanlarının hücumun səbəblərini və bütün təfərrüatlarını araşdırdığını qeyd edib.
Faciə ölkədə ciddi narahatlıq yaradıb. Hadisənin motivi ilə bağlı araşdırmalar davam edir.
Altay






