İran
İran Hörmüz boğazından keçid üçün 4 ölkəyə güzəşt etdi: Səbəb nədir?
İran Hindistan, Çin, Qətər və İraq gəmilərinin Hörmüz boğazından sərbəst keçməsinə icazə verib. Tehran bu addımla həm iqtisadi, həm də siyasi dividendlər əldə etməyə çalışır. Sfera.az xəbər verir ki, bu barədə “Al Jazeera” nəşri məlumat yayıb. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Əmir Həyat Müqəddəm bildirib ki, sözügedən ölkələrin gəmiləri boğazdan sərbəst keçir və ABŞ qüvvələri də onlara müdaxilə etmir. Onun sözlərinə görə, İran Hindistandan
Media06.11.2026 22:44
Rusiyadan vətəndaşlarına İranla bağlı – Xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi İran İslam Respublikası ətrafında vəziyyətin yenidən gərginləşməsi riskinin qalması ilə əlaqədar ölkə vətəndaşlarına müvəqqəti olaraq bu ölkəyə səfər etməkdən çəkinməyi məsləhət bilib. Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. “İran ətrafında yeni eskalasiya riskləri fonunda Rusiya vətəndaşları üçün tövsiyələrimiz əvvəlki kimi qüvvədədir. Vəziyyət nizamlanana qədər, əvvəlki tövsiyəmizə uyğun
Siyasət05.11.2026 22:33
Tramp Konqresdəki məğlubiyyətdən sonra İranla nə edəcək? - AÇIQLAMA
ABŞ Prezidenti Donald Trampın administrasiyasında Konqresə aralıq seçkilərindən sonra İrana qarşı atılacaq növbəti addımlarla bağlı fikir ayrılıqları dərinləşib. ABŞ administrasiyasının bəzi nümayəndələri Trampı İrana yeni zərbələr endirməyə, daha sonra isə münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa çağırırlar. Digər rəsmilər isə hərbi əməliyyatı vaxtında dayandırmağın və gərginliyin daha da artmasına yol verməməyin vacib olduğunu düşünürlər. Maraqlıdır, Tramp təkliflərdən hansına
Siyasət05.11.2026 15:18
İran raketlərini Avropaya yönəldib?
İran raketlərinin Avropa və Ukrayna istiqamətində hərəkət trayektoriyalarını əks etdirdiyi iddia olunan görüntü sosial şəbəkələrdə yayılıb. Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi görüntünün saxta olduğunu açıqlayıb. Sfera.az xəbər verir ki, görüntünün İranın IRINN telekanalının efiri zamanı çəkildiyi iddia olunur. Yayılan xəritədə Ukraynanın Kiyev, Lvov və Odessa şəhərləri, eləcə də Polşanın Jeşuv yaşayış məntəqəsi ehtimal olunan hədəflər kimi göstərilib. Lvov şəhərinin yaxınlığında
Region05.11.2026 08:30
Tramp: İranla müharibə mən istədiyim zaman bitəcək
"İranla müharibə istədiyim zaman bitəcək, amma bu, düzgün şəkildə edilməlidir". Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni ziyafət zalının qarşısında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Dünya05.11.2026 00:35
Pəhləvi onlara müraciət etdi – İranın süqutu başlayır…
İranın sonuncu şahının oğlu, müxalifət lideri Rza Pəhləvi İslam Respublikasındakı mövcud hakimiyyətin tarixinin ən zəif dövrünü yaşadığını və gec-tez süqut edəcəyini bildirib. Sfera.az xəbər verir ki, Pəhləvi Avropa ölkələrinin rəhbərliyinə və ictimaiyyətinə müraciət edib və onları Tehranla barışdırıcı siyasətdən imtinaya, eləcə də mübarizə aparan İran xalqını dəstəkləməyə çağırıb. Onun sözlərinə görə, hazırda əsas məsələ teokratik hakimiyyətin süqut edib-etməyəcəyi deyil, bunun nə vaxt və
Region04.11.2026 23:01
Pentaqon hərbi variantları müzakirə edir: Tehrandan sərt reaksiya
ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı ilə bağlı narahatlıqlar artır. Tərəflərin qarşılıqlı xəbərdarlıqları fonunda Tehran həm diplomatik danışıqlara açıq olduğunu bildirir, həm də mümkün hərbi ssenarilərə hazırlaşdığını nümayiş etdirir. İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonun diplomatiyaya üstünlük verəcəyinə ümid etdiklərini, lakin hərbi variant da daxil olmaqla bütün ssenarilərə hazır olduqlarını açıqlaması bölgədəki vəziyyətlə bağlı müzakirələri
Dünya02.11.2026 16:17
Tramp: “Tezliklə bu məsələləri də bağlayacağıq”
ABŞ Prezidenti Donald Tramp İrana yeni zərbələrin endirilə biləcəyi ilə bağlı xəbərlərin fonunda vəziyyətin tezliklə həll olunacağını bildirib. Sfera.az xəbər vrir ki, Tramp Ohayo ştatında tərəfdarları ilə görüşü zamanı İran ətrafında yaranmış vəziyyətə toxunaraq deyib: “Tezliklə bu məsələləri də bağlayacağıq”. Daha əvvəl ABŞ mediası Vaşinqton və İsrailin İrana qarşı yeni hərbi əməliyyat planı hazırladığını yazıb. Məlumata görə, diplomatik danışıqlar uğursuz olarsa, əməliyyat noyabrda, ABŞ-də
Siyasət29.10.2026 12:08
Qətər İrana müharibənin dayandırılması ilə bağlı təklif göndərdi
Qətər ABŞ və İsraillə müharibənin dayandırılması məqsədilə İrana yeni razılaşma təklif edib. Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, təklif Qətər nümayəndəsinin Tehrana səfəri zamanı təqdim olunub. Bildirilib ki, hazırda İran təklifi nəzərdən keçirir. Tehranın cavabını həftənin sonunadək təqdim edəcəyi gözlənilir. Yeni plana əsasən, yeddi gün ərzində Tehran və Vaşinqton qarşılıqlı narahatlıqları aradan qaldırmaq istiqamətində addımlar
Siyasət28.10.2026 16:06
Tramp: “Müharibəni onlar başladıb”
ABŞ Prezidenti Donald Tramp İranı iki ölkə arasında münaqişənin başlanmasına görə məsuliyyət daşımaqda ittiham edib. Sfera.az xəbər verir ki, o, bu barədə bazar ertəsi Missisipi ştatında keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb. “Biz İrana qarşı müharibəyə başlamamışıq. İran bizə qarşı müharibəyə başlayıb”, – deyə Tramp bildirib. ABŞ lideri çıxışı zamanı Tehranın nüvə silahı yaratmağa cəmi iki həftəsinin qaldığı barədə iddiasını da təkrarlayıb. O, İranı dünyada terrorizmin əsas
Siyasət27.10.2026 08:18
İsraildə hakimiyyət dəyişikliyi İranla münasibətlərə təsir edə bilər? - ŞƏRH
Yaxın günlərdə İsrail və ABŞ-də keçiriləcək seçkilər regionda siyasi proseslərə və İranla münasibətlərə mümkün təsirləri baxımından diqqət çəkir. Seçkilər ərəfəsində hər iki ölkənin İrana qarşı siyasətinin gələcək istiqaməti, eləcə də mümkün hakimiyyət dəyişikliyinin hərbi qarşıdurmaya təsiri müzakirə olunur. Seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyatların başlanması və ya mümkün hücumların qarşısının alınması ehtimalı varmı? İsraildə hakimiyyət dəyişikliyi baş verərsə, bu, ölkənin
Siyasət26.10.2026 15:28
İsrail İrana zərbə üçün seçkiləri gözləyir
İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir gələn həftə Knessetə keçiriləcək seçkilərdən əvvəl İrana qarşı zərbələrin bərpasına əməliyyat zərurəti olmadığını düşünür. Sfera.az bildirir ki, İsrailin 13-cü telekanalının məlumatına görə, Zamir hərbi rəhbərlərlə qapalı görüşdə çıxışı zamanı bu barədə danışıb. “Seçkilərə qədər İrana zərbə endirməyin zəruri olduğuna dair heç bir əlamət görmürük. Belə bir zərbənin lazım olduğu qənaətinə gəlsək, onu endirəcəyik”, – deyə o
Siyasət23.10.2026 09:11
İsrail qırıcıları İran sərhədində
Onlarla İsrail qırıcı təyyarəsi İran sərhədinə doğru hərəkət edib. Sfera.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. İsrail bu addımın düşməni çəkindirməyə yönəlmiş hərbi təlimlər çərçivəsində atıldığını bildirib. Lakin bəzi amerikalı rəsmilər İsrailin qəsdən İranı İsrail təyyarələrinə atəş açmağa təhrik etməyə çalışdığından şübhələniblər. Bu isə potensial olaraq İrana qarşı zərbələrin yenidən başlanmasına bəraət qazandırmaq üçün istifadə oluna bilərdi. Bu əməliyyat İsrailin Baş naziri
Dünya22.10.2026 00:19
İran: “Bombaların atasını təqdim edəcəyik”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi ölkəsinin hərbi potensialının inkişaf etdiyini bildirərək raketlərin sayının ötən il İsraillə baş verən 12 günlük müharibədən sonra 1,5 dəfə artdığını iddia edib. Sfera.az xəbər verir ki, Mühibbi “bombaların atası” adlandırdığı silahı təqdim etməyə hazırlaşdıqlarını açıqlayıb. İran Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinin (YJC) məlumatına görə, o, ABŞ-nin daha əvvəl “bombaların anası” kimi tanınan sursatdan istifadə
Region21.10.2026 15:34
Lavrov Pezeşkianla nə danışacaq? - ŞƏRH
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul ediləcək. Lavrov həmçinin iranlı həmkarı Əraqçi ilə danışıqlar aparacaq. Maraqlıdır, Lavrovun Tehran səfərindən gözləntilər nələrdir? Rusiya İranla münasibətləri daha da möhkəmləndirməyə çalışır? Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az -a açıqlama verib. O, Rusiya və İran münasibətlərindən bəhs edib: “Rusiya və İran strateji tərəfdaş, hətta
Siyasət19.10.2026 13:38
İranın cənubunda güclü partlayış səsləri eşidilib
İranın cənubundakı Hörmüzqan əyalətinin Sirik şəhərində güclü partlayış səsləri eşidilib. Sfera.az xəbər verir ki, bu barədə məlumatı İranın "Fars" informasiya agentliyi yayıb. Agentliyin məlumatına görə, yerli sakinlər partlayış səslərini Kuhestak rayonu və Sirik şəhərinin bir neçə fərqli hissəsində qeydə alıblar. Qeyd edək ki, Sirik şəhəri Hörmüz boğazının şərqində, Oman körfəzinin sahilində yerləşir./teleqraf
Region17.10.2026 19:48
ABŞ-nin bomba xəbərinə İrandan CAVAB
İran müdafiə nazirinin müavini Seyid Məcid İbn ər-Rza ABŞ Prezidenti Donald Trampın Tehrana mümkün hücumlar zamanı “bombaların anası” kimi tanınan MOAB bombasından istifadə edilə biləcəyi ilə bağlı açıqlamalarına sərt cavab verib. Sfera.az xəbər verir ki, İbn ər-Rza sosial şəbəkə hesabında paylaşım edərək Trampın “bombaların anası” ifadəsinə cavab verib. O, ABŞ-nin istifadə edə biləcəyi bombaların adının və ölçüsünün İran üçün əhəmiyyət daşımadığını vurğulayıb. “Bombaların adının və ölçüsünün
Siyasət17.10.2026 12:32
Trampdan neft qiymətləri ilə bağlı AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra neft qiymətlərinin kəskin düşəcəyini deyib. Sfera.az xəbər verir ki, Tramp bu barədə Montanada jurnalistlərə açıqlamasında bildirib. O, İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edərək, ölkənin 159 gəmisinin və 274 qırıcı təyyarəsinin vəziyyəti barədə danışıb. Trampın sözlərinə görə, İranın 159 gəmisindən heç biri artıq fəaliyyət göstərmir, 274 qırıcı təyyarəsinin isə istifadəyə yararlı
Siyasət15.10.2026 11:35
İrandan yeni Hörmüz taktikası: 10 gündür ki...
İran neft qiymətlərini yüksək saxlamaq və ABŞ-də ara seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə Hörmüz boğazında gəmilərə qarşı yeni hücum taktikalarından istifadə edir. Sfera.az xəbər verir ki, bu barədə iki yüksək vəzifəli İran rəsmisi “Reuters” agentliyinə məlumat verib. Rəsmilərin sözlərinə görə, yeni strategiya təxminən 10 gün əvvəl tətbiq olunmağa başlayıb. Məqsədlərdən biri Vaşinqton və müttəfiqlərinin qlobal neft qiymətlərini aşağı salmaq səylərinə mane olmaqdır. Qeyd edək ki,
Region14.10.2026 15:31
Trampın İranla bağlı qərarı necə olacaq? - PROQNOZ
ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları və mümkün addımları Vaşinqtonun xarici siyasətindən daha çox daxili siyasi maraqları ilə əlaqəli ola bilər. Belə ki, İranla müharibə nəticəsində qarşıya qoyulan hədəflərə tam nail olunmaması və nüvə proqramı ilə bağlı problemin həllini tapmaması Tramp administrasiyasının mövqeyinə təsir göstərir. Bəs bu istiqamətdə Trampın İranla bağlı qərarı necə olacaq? Siyasi şərhçi Elçin Xalidbəyli Sfera.az -a açıqlamasında bildirib ki, ABŞ
Siyasət14.10.2026 14:24
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
"Azərbaycanla İran arasındakı münasibətlərdə inkişaf müşahidə olunmalıdır. Bu da ondan irəli gəlir ki, biz qonşu və qohum xalqlarıq, müxtəlif sahələrdə ortaq maraqlarımız var. Çalışmalıyıq ki, bütün imkanlardan istifadə edərək iki ölkənin və xalqın maraqlarını təmin edəcək şəkildə əməkdaşlıq edək". Sfera.az xəbər verir ki, nunu Oxu.Az -a açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib. Səfir "Sahar Azəri" kanalında guya Türkiyədə azərbaycanlı hicablılara dəstək məqsədilə
Region13.10.2026 20:58
Fərhad Məmmədov: "İranda Azərbaycanın varlığını belə, təhdid kimi görənlər var"
İranın dini-ideoloji əsaslara söykənən idarəetmə sistemi ölkənin yalnız daxili siyasətində deyil, xarici siyasətində də "mühüm" rol oynayır. Tehran regional siyasətində dini və məzhəbi yaxınlıq amilindən istifadə edir, müxtəlif ölkələrdəki dini dairələrlə münasibətlərə xüsusi əhəmiyyət verir. Azərbaycanla münasibətlərdə də bu amilin təsiri zaman-zaman müzakirə mövzusuna çevrilir. Azərbaycan dünyəvi dövlət modelinə malikdir və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Bununla yanaşı,
Siyasət13.10.2026 16:33
ABŞ-İran danışıqlarında əsas maneələr nədir? – AÇIQLAMA
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Vaşinqton Tehranın danışıqlara başlamaq üçün irəli sürdüyü şərtlərin bir hissəsini qəbul etsə də, cavabı yetərli deyil. Onun sözlərinə görə, ABŞ İranın şərtlərinin bir qismini qəbul edib, lakin bəzi məsələlər üzrə qeyri-müəyyənlik qalır. “Amerikalılar bizə cavab veriblər və biz bu cavabı yetərli hesab etmirik. Növbəti mərhələlərə keçmək üçün həmin qeyri-müəyyənliklərin aradan qaldırılıb-qaldırılmayacağına baxmaq
Siyasət12.10.2026 17:11
Molla rejimi xaricdəki soydaşlarımızı kampaniyasına alət edir - BUNLARA DİQQƏT
Bu gün Yaxın Şərqin və regionun ideoloji xəritəsinə nəzər saldıqda kifayət qədər ziddiyyətli və düşündürücü bir mənzərə ilə qarşılaşırıq. İllərdir öz vətəndaşlarına məcburi dini ehkamlar, sərt qaydalar və geyim məhdudiyyətləri diktə edən İran rejimi, daxildən ciddi bir sosial və ideoloji böhran yaşayır. Lakin ən maraqlısı və təəssüf doğuranı odur ki, öz daxilində qadınların azadlıq üsyanı ilə qarşı-qarşıya qalan bir rejim, sərhədlərindən kənarda, xüsusən də dünyəvi və müstəqil Azərbaycanda
Gündəm12.10.2026 12:53























