"İranın barmağı tətikdədir" - Əzizi xəbərdarlıq etdi

"İranın barmağı tətikdədir" - Əzizi xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
T

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ölkəsinin silahlı qüvvələrinin mümkün qarşıdurmaya hazır olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Əzizinin sözlərinə görə, İran silahlı qüvvələri əvvəlkindən daha hazırlıqlıdır və mümkün təhlükələrə qarşı bütün imkanlar səfərbər olunacaq:

“Silahlı qüvvələrimiz hər zamankından daha hazırlıqlı vəziyyətdədir. Barmaqlarımız tətikdədir və ABŞ-nin və ya sionist rejimin edə biləcəyi hər hansı yanlış hesablamanı gözləyirik”.

İranlı deputat əlavə edib ki, mümkün qarşıdurma zamanı ABŞ və İsrailin qarşılaşacağı cavab əvvəl gördüklərindən daha sərt və dağıdıcı olacaq.

Qeyd edək ki, açıqlama İran-ABŞ və İran-İsrail münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda verilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR