SEPAH: ABŞ qüvvələri İrandan 1000 kilometr geri çəkilib

SEPAH: ABŞ qüvvələri İrandan 1000 kilometr geri çəkilib
Kateqoriya məlum deyil
T

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Əli Fədavi ABŞ qüvvələrinin ölkə sərhədlərindən 1 000 kilometrdən çox uzaqlaşdığını bildirib.


Sfera.az xəbər verir ki, Fədavi İran dövlət televiziyasına açıqlamasında ABŞ-nin müharibə zamanı qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilmədiyini deyib.


“Amerikalılar qaçaraq sərhədlərimizdən 1000 kilometrdən çox uzaqlaşıblar. Bu, onların seçimi deyil, İran İslam Respublikasının təsiri və SEPAH quru qoşunlarının gücünün nəticəsidir”, – deyə o bildirib.


SEPAH komandirinin sözlərinə görə, ABŞ hərbi gəmiləri ilk dəfə olaraq Fars körfəzi, Hörmüz boğazı, Oman dənizi və Hind okeanının şimal hissəsində görünmür.


Fədavi Hörmüz boğazının bir neçə aydır İranın nəzarətində olduğunu da iddia edib. O bildirib ki, Tehran Maskatla birlikdə boğazda gəmiçiliyin qaydalarını hazırlayıb və hazırda həmin qaydaları tətbiq edir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR