Molla rejimi xaricdəki soydaşlarımızı kampaniyasına alət edir - BUNLARA DİQQƏT

Molla rejimi xaricdəki soydaşlarımızı kampaniyasına alət edir - BUNLARA DİQQƏT
Kateqoriya məlum deyil
T

Bu gün Yaxın Şərqin və regionun ideoloji xəritəsinə nəzər saldıqda kifayət qədər ziddiyyətli və düşündürücü bir mənzərə ilə qarşılaşırıq.

İllərdir öz vətəndaşlarına məcburi dini ehkamlar, sərt qaydalar və geyim məhdudiyyətləri diktə edən İran rejimi, daxildən ciddi bir sosial və ideoloji böhran yaşayır. Lakin ən maraqlısı və təəssüf doğuranı odur ki, öz daxilində qadınların azadlıq üsyanı ilə qarşı-qarşıya qalan bir rejim, sərhədlərindən kənarda, xüsusən də dünyəvi və müstəqil Azərbaycanda xurafatı və dini təzyiq ideologiyasını yaymağa çalışır.

Sfera.az xatırladır ki, İranda baş verən son hadisələrin dönüş nöqtəsi Məhsa Əmininin fəaliyyəti və faciəvi ölümü olub. Yalnız hicabını rejim standartlarına uyğun olmayan şəkildə taxdığı üçün "Əxlaq polisi" tərəfindən saxlanılan və dindirilmə zamanı həyatını itirən bu gənc qadın, əslində illərdir cəmiyyətdə yığılıb qalan etirazın görünən üzü idi.

Məhsa Əmininin ölümündən sonra başlayan və "Qadın, Həyat, Azadlıq" şüarı altında birləşən hərəkat, təkcə bir geyim tələbi deyil, fərdi azadlıqlara, insan hüquqlarına və fərdin öz həyatı üzərindəki seçim haqqına qoyulan qadağalara qarşı bir üsyan idi. İranlı qadınlar baş örtüklərini çıxararaq, küçələrdə yandıraraq və saçlarını kəsərək, rejimin onilliklər boyu qurduğu ideoloji qaydaları rəsmən məhv etdilər.

Bu gün İranda baş verənlər, mahiyyətcə sistemin öz xalqının sosial reallıqlarından nə qədər uzaq düşdüyünün və artıq öz içində ideoloji çöküş yaşadığının bariz sübutudur. İronik olan tərəf tam da buradadır. Öz ölkəsində qadınların hicab məcburiyyətinə, dini təzyiqlərə və sərt ehkamlara qarşı açıq şəkildə üsyan etdiyi, sistemin sütunlarını sarsıtdığı bir məqamda, həmin idarəetmə düşüncəsi diqqəti öz daxili böhranından yayındırmaq üçün xaricə, xüsusilə Azərbaycana yönəlir.

Azərbaycan əsrlər boyu Şərqdə ilk demokratik respublikanı quran, dünyəvi və tolerant dəyərləri üstün tutan bir cəmiyyətdir. Ölkəmizdə din və dövlət işləri ayrıdır. Hər bir fərdin inanc, geyim və yaşam tərzi öz şəxsi seçimidir. Lakin Müstəqillik dövründən bəri İrandakı bəzi dini və ideoloji mərkəzlər müxtəlif vasitələrlə, xüsusilə kütləvi informasiya vasitələri, sosial şəbəkələr və müəyyən təsir şəbəkələri ilə Azərbaycanda cəmiyyəti qütbləşdirməyə, dini radikalizmi və xurafatı aşılamağa cəhd edir.

Öz ölkəsində qadınları məcburi şəkildə bürüməyə çalışan, buna qarşı çıxanları isə sərt şəkildə cəzalandıran bir dövlətin, dünyəvi Azərbaycan cəmiyyətinə "dini əxlaq" və ya "hicab təbliğatı" diktə etməyə çalışması böyük bir təzaddır.

Azərbaycan cəmiyyəti hər zaman xurafatdan, radikalizmdən və kənardan edilən ideoloji müdaxilələrdən uzaq durmağı bacarıb. Ölkədə qadının cəmiyyətdəki yeri, onun təhsili, azadlığı və sosial həyatdakı fəallığı milli dəyərlərin əsasını təşkil edir. İranda qadınların azadlıq mübarizəsi göstərir ki, məcburi qadağalar və dini ehkamlar üzərində qurulan sistemlər uzunömürlü ola bilməz.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR