Logo

İran: “Bombaların atasını təqdim edəcəyik”

İran: “Bombaların atasını təqdim edəcəyik”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi ölkəsinin hərbi potensialının inkişaf etdiyini bildirərək raketlərin sayının ötən il İsraillə baş verən 12 günlük müharibədən sonra 1,5 dəfə artdığını iddia edib.

Sfera.az xəbər verir ki, Mühibbi “bombaların atası” adlandırdığı silahı təqdim etməyə hazırlaşdıqlarını açıqlayıb.

İran Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinin (YJC) məlumatına görə, o, ABŞ-nin daha əvvəl “bombaların anası” kimi tanınan sursatdan istifadə etdiyini xatırladıb.

“Biz bombaların atasını təqdim etmək mərhələsindəyik. Bu, düşmən üçün yeni bir şeydir”, – deyə Mühibbi bildirib.

İranlı rəsmisinin açıqlaması ABŞ ilə İran arasında hərbi gərginliyin artdığı bir vaxta təsadüf edib. ABŞ Prezidenti Donald Trampın İrana qarşı “bombaların anası” kimi tanınan GBU-43/B tipli sursatdan istifadə oluna biləcəyinə dair təhdidləri də gündəmə gəlib.

Təxminən 10 ton ağırlığında olan GBU-43/B ABŞ-nin ən güclü nüvə başlığı daşımayan bombalarından biri hesab olunur. ABŞ ordusu bu bombadan 2017-ci ilin aprelində Əfqanıstanda İŞİD terror təşkilatının istifadə etdiyi tunel sistemlərinə qarşı əməliyyat zamanı yararlanıb.

İranlı hərbi rəsmilər isə daha əvvəl bu sursata cavab olaraq “bombaların atası” ifadəsini işlədiblər.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR