Ermənistan
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmır" - Paşinyan
Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır. Sfera.az xəbər verir ki, erməni mediasının məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə iki gün əvvəl Brüsseldə 2027 və ya 2028-ci illərdə Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə təqdim etməyi real hesab etdiyinə dair bəyanatından danışarkən bildirib. “Biz Aİİ-dən çıxmağa hazırlaşmırıq, söz verdiyimiz kimi xalqımıza alternativ variantlar təklif etməyə
Region05.11.2026 14:01
Ermənistanın Aİ-yə üzvlüyü hansı mərhələlərdən keçməlidir? - Politoloqdan RƏY
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük perspektivi yenidən gündəmə gəlib. Baş nazir Nikol Paşinyan Brüsseldə keçirilən “Avropanın gələcəyi” sammitində ölkəsinin gələn il Aİ-yə üzvlük üçün rəsmi müraciət edə biləcəyini açıqlayıb. Lakin bu proses təkcə siyasi qərardan asılı deyil. Namizəd statusunun alınması, genişmiqyaslı islahatların həyata keçirilməsi və üzv dövlətlərin razılığının əldə olunması uzunmüddətli proses tələb edir. Bəs Ermənistanın Aİ-yə üzvlüyü hansı mərhələlərdən keçməlidir?
Media04.11.2026 15:33
Nəsimi Musayev erməni evinə necə girib? - YENİ DETALLAR AÇIQLANDI
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin məqsədi heç kimi öldürmək olmayıb. Sfera.az xəbər verir ki, bu barədə "Sputnik-Armenia" Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyana istinadən məlumat yayıb. O bildirib ki, Azərbaycan hərbçisi artıq dindirilib və ifadə verib. Poqosyanın sözlərinə görə, hərbçi duman səbəbindən yolunu azıb. O, istintaq davam etdiyi üçün təqsirləndirilən şəxsin ifadəsinin digər təfərrüatlarını açıqlamaqdan imtina edib. “Biz faktları
Hadisə03.11.2026 20:01
Ermənistan KTMT-yə qayıtmaq niyyətində deyil- Mirzoyan
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq imkanını görmür”. Sfera.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Nazir qeyd edib ki, Ermənistan uzun müddətdir təşkilatın fəaliyyətində iştirakını dayandırıb və mövqeyini dəyişmək niyyətində deyil: “KTMT ilə bağlı sualınıza gəlincə, biz uzun müddətdir bu strukturun fəaliyyətində iştirakımızı dayandırmışıq, üzvlüyümüzü dondurmuşuq. Biz münasibətimizi dəyişməyəcəyik və KTMT-yə
Media28.10.2026 15:25
Aydın Mirzəzadə: “Ermənistan üzr istəməlidir”
“Mətbuatda və sosial şəbəkələrdə yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi və suyun çirklənməsi ilə bağlı vətəndaşların qaldırdıqları məsələlər ekoloji problemlərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə bildirib. “Vətəndaşların bu istiqamətdə qaldırdıqları problemlər dövlətə kömək edir ki, mövcud vəziyyət ictimaiyyətə daha aydın şəkildə çatdırılsın. Ən əsası isə hökumət bu məsələlərə operativ
Siyasət27.10.2026 11:52
Rizvan Nəbiyev: “Ermənistan üzərinə düşən ev tapşırığını yerinə yetirməlidir”
“Prezident İlham Əliyevin “Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” fikri Cənubi Qafqazda mövcud vəziyyətin dəqiq siyasi qiymətləndirilməsidir. Dövlətimizin başçısı bu fikri oktyabrın 15-də Bakıda AQEM-in 7-ci Zirvə Görüşündə səsləndirib. Burada əsas mesaj aydındır: əldə edilmiş sülhün davamlılığı üçün ardıcıl fəaliyyət və qarşılıqlı məsuliyyət lazımdır. Bu yanaşmanı 5 ölçüdə qiymətləndirmək olar”. Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən
Siyasət23.10.2026 12:20
KTMT-dən Ermənistana qarşı addım: Tarix açıqlandı
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirə oluna bilər. Sfera.az bildirir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib. Qaluzinin sözlərinə görə, Ermənistanın təşkilatın fəaliyyətində iştirak etməməsi və üzvlük ödənişlərini həyata keçirməməsi onun maliyyə öhdəliklərini aradan qaldırmır. Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də
Siyasət23.10.2026 09:43
Paşinyan referenduma hazırlaşır
Ermənistan müxalifəti Paşinyanın növbədənkənar seçki təhdidini müzakirə edib. Sfera.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti “Güclü Ermənistan” partiyasında baş nazir Nikol Paşinyanın yeni Konstitusiya ilə bağlı açıqlamasına necə cavab verilməsi məsələsinin müzakirə olunduğunu yazıb. Nəşrin məlumatına görə, müxalifət daxilində Paşinyanın bəyanatına açıq şəkildə cavab vermək, yoxsa məsələ gündəmə gələnədək gözləmək barədə fikir mübadiləsi aparılıb. Xatırladaq ki, Paşinyan müxalifəti
Siyasət23.10.2026 08:55
Göydəniz Qəhrəmanov: “Sülhün hüquqi əsaslarının tam formalaşdırılması üçün mövcud maneələrin aradan qaldırılması vacibdir”
“Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin hazırkı mərhələsi bir həqiqəti aydın şəkildə ortaya qoyur: əldə edilmiş razılaşmaların real nəticələrə çevrilməsi üçün Ermənistan tərəfindən siyasi bəyanatlardan daha çox konkret addımlara ehtiyac var. Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün mühüm imkanlar yaranıb, faktiki sülh şəraiti formalaşıb. Lakin bu imkanların uzunmüddətli və hüquqi baxımdan möhkəm münasibətlər sisteminə çevrilməsi tərəflərin üzərlərinə götürdükləri
Cəmiyyət22.10.2026 21:50
13 milyard dollarlıq asılılıq – Ermənistan bu halda çox şey itirəcək
Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmaqla yanaşı, Avropa İttifaqı ilə də yaxın münasibətlər qurmağa çalışır. Rəsmi İrəvanın bu niyyətini anlayan Rusiya Ermənistana bir neçə dəfə xəbərdarlıq edib. Rəsmi Moskva bildirir ki, Ermənistan ya Aİİ ilə, ya da Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməlidir. Rusiyanın mövqeyi belədir ki, əgər Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirsə, Aİİ-nin üzvlüyündən azad ediləcək və bu halda Ermənistan iqtisadiyyatı böyük zərər görəcək.
Media21.10.2026 16:51
"Moskva Ermənistanla bağlı Aİİ hesabatı ilə tanış deyil"
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatla hələ tanış olmayıb. Sfera.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib. “Xeyr, hesabatla tanış olmamışıq”, – deyə Peskov qeyd edib. Oktyabrın 20-də Aİİ Ermənistanın təşkilatda üzvlüyünün dayandırılmasının mümkün nəticələrinə dair birgə hesabat dərc edib. Sənəddə İrəvanın bu istiqamətdəki addımlarının həm
Region21.10.2026 12:14
“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
“Environmental Protection First” koalisiyası Ermənistanda COP17 – Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. Sfera.az müraciəti təqdim edir. COP17 təbiət naminə biomüxtəlifliyin itirilməsinin qarşısını almağa yönəlsə də, bu konfransa torpaqların deqradasiyası, transsərhəd çayların çirklənməsi və sistematik şəkildə ekosid törətmiş bir ölkənin ev
Siyasət16.10.2026 21:43
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı mühüm addım
Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) açıqlama verib. Sfera.az xəbər verir ki, BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, təşkilatın nümayəndələri hələlik Nəsimi Musayevə baş çəkməyiblər. Onun sözlərinə görə, BQXK məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə danışıqlar aparır. “Bizim bu məsələ ilə məşğul olmaq üçün mandatımız var.
Gündəm16.10.2026 21:09
Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hədəfləyir. Sfera.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu oktyabrın 15-də hökumətin iclası zamanı bildirib. "Mən 2031-ci ilə qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam", – deyə Ermənistanın baş naziri bildirib. O, bu məqsədə 2031-ci ilə qədər nail olmaq üçün əlindən gələni edəcəyini bir daha vurğulayıb. Paşinyan sərhədlərin
Siyasət16.10.2026 20:40
Ermənistan və Türkiyə arasında birbaşa ticarət imkanları müzakirə olunub
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ilə görüşüb. Sfera.az xəbər verir ki, görüş oktyabrın 16-da BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci iclası (COP17) çərçivəsində keçirilib. Görüşdə Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocoyan da iştirak edib. Tərəflər Ermənistan və Türkiyə arasında birbaşa ticarətin qurulması nəticəsində yaranacaq imkanları müzakirə ediblər.
Region16.10.2026 18:08
İrəvanda saxlanılan Azərbaycan əsgərinin ifadəsi yayıldı
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib. O, erməni ailəsinin evinə daxil olduqdan sonra ev sahibəsinin silahından yapışdığını və buna görə atəş açmağa məcbur olduğunu deyib. Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti Azərbaycan əsgərinin dindirmə zamanı iatintaqa danışdıqlarına istinadən yazıb. Nəşr xatırladıb ki, Azərbaycan hərbçisi Nəsimi Musayev Ermənistan sərhədini qanunsuz keçərək
Gündəm13.10.2026 11:00
Rusiyanın iddiası Ermənistanda qəzəb yaratdı
Rusiyada Ermənistan ərazisində yaradılan “Firebird AI” zavodunun kəşfiyyat məqsədləri üçün istifadə oluna biləcəyi barədə səslənən iddialar İrəvanın etirazına səbəb olub. Ermənistanın yüksək texnologiyalar sənayesi və süni intellekt naziri David Tadevosyan bu iddiaları “siyasiləşdirilmiş və qeyri-ciddi” adlandırıb. Sfera.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Rusiya telekanallarında “Firebird AI” zavodu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. “Məncə, bu,
Region30.09.2026 17:25
İpoteka ilə bağlı yeni qərar: Uşaqlı ailələrə dəstək - ERMƏNİSTANDA
Ermənistanda uşağın doğulması ilə bağlı ipoteka kreditinin ödənilməsinə göstərilən dövlət dəstəyi ilə bağlı qaydalara dəyişiklik edilməsi təklif olunub. Sfera.az “Armənpress”ə istinadən xəbər verir ki, Əmək və Rifah Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi hüquqi aktların layihələrinin dərc edildiyi “ e-draft.am” vahid elektron platformasında ictimai müzakirəyə təqdim edilib. Layihəyə əsasən, uşağı olan ailələrin mənzillə təmin olunması proqramı çərçivəsində uşağın doğulması ilə əlaqədar
Media30.09.2026 15:21
Qaz böhranı Ermənistan-Rusiya münasibətlərini dəyişə bilər – Ekspertdən AÇIQLAMA
Ermənistan və Rusiya arasında son dövrlərdə siyasi və iqtisadi məsələlərlə bağlı fikir ayrılıqları diqqət mərkəzindədir. İki ölkə arasındakı münasibətlər fonunda enerji sahəsində əməkdaşlıq, xüsusilə də Rusiyadan Ermənistana qaz tədarükü məsələsi də gündəmə gələn əsas mövzulardan biridir. Erməni politoloq Giorgi Tumasyanın son açıqlaması isə bu məsələnin ölkə daxilindəki siyasi proseslərlə əlaqələndirilməsi baxımından diqqət çəkib. O, Rusiyanın qış aylarında Ermənistana qaz tədarükünü dayandıra
Media30.09.2026 13:00
Sərhəd məsələsində yeni proses: mühüm addımlar gözlənilir
Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası istiqamətində aparılan proses növbəti mərhələyə keçərkən, tərəflərin nəzarətində olan anklav və eksklavların taleyi də yenidən gündəmə gəlib. Xüsusilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisində yerləşən Kərki kəndinin gələcək statusu diqqət çəkir. 1990-cı illərin əvvəllərindən Ermənistanın nəzarətində olan kəndin Azərbaycana qaytarılması məsələsi uzun müddətdir iki ölkə arasında müzakirə
Siyasət29.09.2026 13:41
Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA
Ermənistan və Azərbaycan arasında anklav və eksklavlarla bağlı məsələlər sərhədlərin delimitasiyası prosesi çərçivəsində həll olunacaq. Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın delimitasiya komissiyasının rəhbəri, baş nazirin müavini Mqer Qriqoryanın ofisi “Sputnik Ermənistan”ın Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı sorğusuna cavabında bildirib. Açıqlamada qeyd olunub ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı hissələri, o cümlədən anklav və eksklavlarla bağlı
Siyasət29.09.2026 09:35
Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələri açılır? - Deputatdan CAVAB
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Tərəflər 2025-ci il Vaşinqton Sülh Sammitindən sonra əldə olunan razılaşmalar çərçivəsində irəliləyişi, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını müzakirə edib, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər. Tərəflər növbəti dəfə harada görüşə bilərlər? Azərbaycan-Ermənistan arasında ticarət və tranzit əlaqələrinin genişlənməsi Azərbaycan
Siyasət25.09.2026 13:30
Azərbaycan Ermənistandan bu məhsulu alıbmış
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib. Sfera.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib. Nazir Azərbaycana nə qədər məhsul ixrac edildiyini dəqiqləşdirməyib. Azərbaycana başqa məhsulların ixracının planlaşdırılıb-planlaşdırılmadığı soruşulduqda, Gevorq Papoyan qısa cavab verib: “Görək”.
İqtisadiyyat24.09.2026 19:48
Paşinyanın rus dili öyrənməsinə Rusiyadan reaksiya
Ermənistanın Baş naziri Nikol Paşinyanın rus dilinə maraq göstərməsi sevindirməyə bilməz. Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin müşaviri Yelena Yampolskaya deyib. “İrəvandakı Moskva Evi gələn həftədən rus dili üzrə pulsuz kurslar keçəcəyi barədə elan verib və bir çox Ermənistan vətəndaşının bu kurslarda iştirak edəcəyinə əminliyini ifadə edib. Yeri gəlmişkən, ötən həftənin sonunda Ermənistanın baş naziri hazırda rus dili dərslərinə getdiyini bildirib. Ümumilikdə, belə maraq
Region24.09.2026 18:36
























