Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Kateqoriya məlum deyil
T
Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hədəfləyir.
Sfera.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu oktyabrın 15-də hökumətin iclası zamanı bildirib.
"Mən 2031-ci ilə qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam", – deyə Ermənistanın baş naziri bildirib.
O, bu məqsədə 2031-ci ilə qədər nail olmaq üçün əlindən gələni edəcəyini bir daha vurğulayıb.
Paşinyan sərhədlərin delimitasiyasını və nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan çıxarılmasını da gündəlikdəki prioritet məsələlər sırasına daxil edib./Demokrat.az
Açar sözlər:






