Ermənistan və Türkiyə arasında birbaşa ticarət imkanları müzakirə olunub

Ermənistan və Türkiyə arasında birbaşa ticarət imkanları müzakirə olunub
Kateqoriya məlum deyil
T

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüş oktyabrın 16-da BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci iclası (COP17) çərçivəsində keçirilib.

Görüşdə Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocoyan da iştirak edib.

Tərəflər Ermənistan və Türkiyə arasında birbaşa ticarətin qurulması nəticəsində yaranacaq imkanları müzakirə ediblər. Həmçinin sanitar və baytarlıq nəzarətinə tabe olan məhsulların daşınması və tranziti ilə bağlı prosedurlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran və iqtisadi gündəliyə aid digər məsələlər də müzakirə olunub.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR