KTMT-dən Ermənistana qarşı addım: Tarix açıqlandı
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirə oluna bilər.
Sfera.az bildirir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib.
Qaluzinin sözlərinə görə, Ermənistanın təşkilatın fəaliyyətində iştirak etməməsi və üzvlük ödənişlərini həyata keçirməməsi onun maliyyə öhdəliklərini aradan qaldırmır.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu açıqlayıb. Bununla belə, ölkə təşkilatın üzvü olaraq qalır.
Ermənistanın baş naziri Nikol Paşinyan isə daha əvvəl ölkəsinin KTMT-dən çıxarılması məsələsinə toxunub. O bildirib ki, Avrasiya İqtisadi İttifaqının nizamnaməsindən fərqli olaraq, KTMT-nin nizamnaməsində üzv dövlətin təşkilatdan çıxarılması imkanı nəzərdə tutulub. Baş nazir Ermənistanın niyə hələ də KTMT-dən çıxarılmadığını sual edib. Onun sözlərinə görə, iki təşkilatın üzvləri əsasən eyni ölkələr olsa da, onların nizamnamələri fərqlidir.
Fatimə
Sfera.az






