Logo

Göydəniz Qəhrəmanov: “Sülhün hüquqi əsaslarının tam formalaşdırılması üçün mövcud maneələrin aradan qaldırılması vacibdir”

Göydəniz Qəhrəmanov: “Sülhün hüquqi əsaslarının tam formalaşdırılması üçün mövcud maneələrin aradan qaldırılması vacibdir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin hazırkı mərhələsi bir həqiqəti aydın şəkildə ortaya qoyur: əldə edilmiş razılaşmaların real nəticələrə çevrilməsi üçün Ermənistan tərəfindən siyasi bəyanatlardan daha çox konkret addımlara ehtiyac var. Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün mühüm imkanlar yaranıb, faktiki sülh şəraiti formalaşıb. Lakin bu imkanların uzunmüddətli və hüquqi baxımdan möhkəm münasibətlər sisteminə çevrilməsi tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməsindən asılıdır. Məhz bu baxımdan Ermənistanın son dövrdəki davranışları və sülh gündəliyində müşahidə olunan durğunluq ciddi suallar doğurur.”

Sfera.az bildirir ki, bunları açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Ermənistanda parlament seçkilərinin keçirilməsindənbəhs edən deputat bildirib ki, yeni hökumətin formalaşdırılmasından və Hökumət Proqramının qəbulundan sonra danışıqlar prosesində canlanmanın baş verəcəyi gözlənilirdi: “Məntiqlə, siyasi institutların fəaliyyətə başlaması və hökumətin prioritetlərinin müəyyənləşdirilməsi sülh gündəliyində razılaşdırılmış məsələlərin həlli üçün əlverişli zəmin yaratmalı idi.

Ancaq son iki ayda konkret irəliləyişlərin əvəzinə, daha çox informasiya müzakirələri, müxtəlif açıqlamalar və nəticə etibarilə prosesin mahiyyətinə təsir göstərməyən məlumatlar ön plana çıxıb. Belə vəziyyət sülhün möhkəmləndirilməsi üçün yaranmış fürsətlərin lazımi səviyyədə dəyərləndirilmədiyini göstərir. Məsələnin mahiyyəti yalnız danışıqların intensivliyində deyil, onların hansı nəticələrə gətirib çıxarmasındadır. Diplomatik təmasların keçirilməsi, qarşılıqlı bəyanatların səsləndirilməsi və konstruktiv mühitin qorunması vacibdir.

Bununla belə, bütün bunlar əsas məsələlərin həlli istiqamətində irəliləyişlə müşayiət olunmadıqda, sülh prosesinin real məzmunu zəifləyir. Azərbaycan məhz nəticəyönümlü yanaşmanın tərəfdarıdır. Çünki bölgədə sabitliyin təmin edilməsi üçün müvəqqəti siyasi mülahizələrdən deyil, razılaşdırılmış prinsiplərin ardıcıl icrasından çıxış etmək lazımdır. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalar sülh prosesinin irəli aparılması üçün mühüm siyasi çərçivə yaradıb. Həmin razılaşmaların yaratdığı imkanlar tərəflərin qarşılıqlı münasibətlərində yeni mərhələyə keçid üçün əsas formalaşdırıb.

Sonrakı dövrdə bu istiqamətdə müəyyən siyasi təmasların davam etməsi də dialoqun tamamilə dayanmadığını göstərir. Bişkekdə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşün konstruktiv xarakter daşıması müsbət məqamdır. Lakin görüşün müsbət atmosferi ən vacib məsələlər üzrə konkret irəliləyişin əvəzi sayıla bilməz. Əsas məqsəd mövcud siyasi zəmini praktiki nəticələrlə möhkəmləndirməkdir. Burada Ermənistan rəhbərliyinin üzərinə düşən məsuliyyət oldugca önəmlidir. Sülh gündəliyinin irəliləməsi üçün qarşılıqlı etimadın qorunması, razılaşdırılmış məsələlərin həlli və cəmiyyətlərdə sülhə inamın gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməlidir. Əgər Ermənistan konkret addımların yerini qeyri-müəyyənlik və informasiya səs-küyü tutursa, bu, yalnız siyasi dialoqun effektivliyini azaltmır, həm də sülhün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsini çətinləşdirir..”

Sonda Parlament üzvü ölkəmizin sülhə nail olmaq üçün daim konstruktiv mövqedən çıxış etdiyini vurğulayıb:

“Azərbaycanın mövqeyi birmənalı vəaydındır: sülhə nail olmaq üçün yaradılmış imkanlardan istifadə edilməli, əldə olunan nəticələr qorunmalı və qarşıda duran məsələlər həllini tapmalıdır. Ölkəmiz faktiki sülh şəraitinə sadiqliyini nümayiş etdirir və bu nailiyyəti itirmək niyyətində deyil. Bununla yanaşı, sülhün hüquqi əsaslarının tam formalaşdırılması üçün mövcud maneələrin aradan qaldırılması vacibdir.

Ermənistanın üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməsi bu prosesin sürətlənməsinə xidmət edə bilər.Unudulmamalıdır ki, sülh gündəliyi öz-özünə irəliləmir. Onun uğuru siyasi iradənin konkret qərarlarda və ardıcıl fəaliyyətdə təzahür etməsini tələb edir. Ermənistanın qarşısında seçim aydındır: əldə edilmiş razılaşmaların yaratdığı imkanları reallaşdırmaq və sülh prosesini nəticəyə çatdırmaq.

Azərbaycan isə öz prinsipial mövqeyinə uyğun olaraq, regionda davamlı sabitliyin və mehriban qonşuluq münasibətlərinin formalaşmasına xidmət edən xətti davam etdirir. Sülhün möhkəmlənməsi üçün indi əsas ehtiyac Ermənistanın yeni bəyanatları deyil, razılaşdırılmış gündəliyin konkret addımlarla həyata keçirilməsidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR