Logo

Ermənistan KTMT-yə qayıtmaq niyyətində deyil- Mirzoyan

Ermənistan KTMT-yə qayıtmaq niyyətində deyil- Mirzoyan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq imkanını görmür”.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Nazir qeyd edib ki, Ermənistan uzun müddətdir təşkilatın fəaliyyətində iştirakını dayandırıb və mövqeyini dəyişmək niyyətində deyil:

“KTMT ilə bağlı sualınıza gəlincə, biz uzun müddətdir bu strukturun fəaliyyətində iştirakımızı dayandırmışıq, üzvlüyümüzü dondurmuşuq. Biz münasibətimizi dəyişməyəcəyik və KTMT-yə qayıtmağımızı mümkün hesab etmirik”.

Bundan əvvəl KTMT-nin baş katibi Talatbek Masadıkov TASS-a açıqlamasında 2026-cı il noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təşkilatdan çıxarılması məsələsinin gündəmə gətirilə biləcəyini bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan da daha əvvəl parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxarılmasının tərəfdarı olduğunu deyib. O, belə bir qərar qəbul ediləcəyi təqdirdə məmnun qalacağını bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan yaxın beş il ərzində KTMT-də fəaliyyətini aktivləşdirmək niyyətində deyil və ölkənin təşkilata marağı tükənib. Baş nazir Ermənistanın KTMT üzvlüyünü hansı alternativlə əvəzləməyi planlaşdırdığı ilə bağlı suala isə konkret cavab verməyib.

Bu çərçivədə Türkiyə və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi, eləcə də NATO-ya üzvlük məsələsi müzakirə mövzusu olub. Xatırladaq ki, 2024-cü ilin sentyabrında Paşinyan İrəvanın KTMT-nin fəaliyyətində iştirakını dondurduğunu açıqlamışdı. O, bunu təşkilatın, onun fikrincə, Ermənistanın suverenliyi üçün təhlükələr yaratması ilə əsaslandırıb.

Həmin ilin oktyabrında Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda Ermənistanın KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesabladığını bildirib. 2024-cü ilin dekabrında isə Paşinyan Ermənistanla KTMT arasındakı münasibətlərin artıq geri dönüşü olmayan nöqtəni keçdiyini bəyan edib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR