Logo

Aydın Mirzəzadə: “Ermənistan üzr istəməlidir”

Aydın Mirzəzadə: “Ermənistan üzr istəməlidir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

“Mətbuatda və sosial şəbəkələrdə yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi və suyun çirklənməsi ilə bağlı vətəndaşların qaldırdıqları məsələlər ekoloji problemlərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə bildirib.

“Vətəndaşların bu istiqamətdə qaldırdıqları problemlər dövlətə kömək edir ki, mövcud vəziyyət ictimaiyyətə daha aydın şəkildə çatdırılsın. Ən əsası isə hökumət bu məsələlərə operativ reaksiya verir”, – deputat qeyd edib.

A.Mirzəzadə Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə geniş monitorinqlərin aparıldığını xatırladıb:

“Əvvəlcədən də məlum idi ki, Ermənistan işğal altında saxladığı ərazilərin təbii sərvətlərini talan edib, meşələri qırıb, su hövzələrini çirkləndirib. Hətta on minlərlə hektar ərazidə su mənbələrinin ağır metallarla və çirkli tullantılarla çirkləndirilməsi nəticəsində Azərbaycana qarşı məqsədyönlü ekoloji terror həyata keçirilib. Torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərdəki ekoloji fəsadlar daha aydın göründü. Meşələr qırılmış, sular çirkləndirilmiş, heyvanat aləminə ciddi ziyan dəymişdi. Hazırda həmin ərazilərdə bərpa işləri aparılır və bu proseslə bağlı cəmiyyətə mütəmadi məlumat verilir”.

Deputat Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirmək istədiyi fikirlərin Ermənistanın əməllərinə cavab və həmin ölkəyə ciddi mesaj olduğunu vurğulayıb:

“Ermənistan törətdiyi əməllərə, törətdiyi dağıntılara və vurduğu ziyana görə Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan bilməlidir ki, onun beynəlxalq öhdəlikləri var və bu öhdəliklərə əməl etməsi vacibdir”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR