Türkiyədə ağır qəza: ölənlər var
Türkiyənin Van vilayətində mikroavtobusla TIR-ın toqquşması ağır nəticələrə səbəb olub. Sfera.az xəbər verir ki, hadisə Van-Özalp avtomobil yolunda, Özalp və Saray rayonları arasındakı Mamedik ərazisində baş verib. İlkin məlumata görə, qəza nəticəsində 7 nəfər həyatını itirib, daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma, AFAD, UMKE və yanğınsöndürənlər cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.