Logo

Putin Rusiya üçtərəfli danışıqların tarixini təsdiqlədi

Putin Rusiya üçtərəfli danışıqların tarixini təsdiqlədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqlar noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

Putin qarşıdakı görüşdə iştirak edəcək Rusiya nümayəndə heyətinin üzvlərini, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərini və digər rəsmiləri müzakirəyə dəvət edib.

Rusiya Prezidenti danışıqlara ev sahibliyi etməyə hazır olduğuna görə BƏƏ rəhbərliyinə təşəkkürünü bildirib. O, BƏƏ-nin Ukrayna böhranının həlli istiqamətində, eləcə də humanitar məsələlərin və əsir mübadiləsinin təşkilində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Qeyd edək ki, üçtərəfli görüşün noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Danışıqlarda ABŞ vasitəçi qismində çıxış edəcək.

Rusiya nümayəndə heyətinə isə əvvəlki razılaşmaya əsasən, prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR